Ceyhun Bayramov Pakistanın Prezidenti ilə görüşüb


Siyasət 14 Yan 2021 15:14:00 56 0

Ceyhun Bayramov Pakistanın Prezidenti ilə görüşüb

Pakistana rəsmi səfəri çərçivəsində 14 yanvar 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının Prezidenti cənab Arif Alvi ilə görüşüb.

Pakistan Prezidenti cənab Arif Alvi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə səmimi salamlarını çatdırıb və Azərbaycan dövlət başçısını Pakistanda qəbul etməkdən məmnunluq duyacağını bildirib. O, Azərbaycanın ərazilərinin işğaldan azad olunması və əldə olunan Qələbə münasibətilə təbrik edib.

Cənab Arif Alvi Qoşulma Hərəkatının Bakıda keçirilən dövlət və hökumət başçılarının Zirvə toplantısında iştirakını və bu zaman Azərbaycan Respublikasının Prezidenti ilə görüşünü xatırlayaraq, Azərbaycan dövlət başçısının uzaqgörən siyasətçi olduğunu xüsusilə vurğulayıb.

Hər iki ölkənin regional münaqişələrin beynəlxalq hüququn prinsipləri əsasında həllinə dair mövqeləri və bu xüsusda nümayiş olunan qarşılıqlı dəstək qeyd olunub. Pakistan Prezidenti, həmçinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı, o cümlədən iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Nazir Ceyhun Bayramov, öz növbəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmimi salamlarını Pakistan dövlət başçısının diqqətinə çatdırıb. Pakistanın Azərbaycanın beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyinə verdiyi dəstəyi vurğulayan nazir, xüsusilə 44 günlük Vətən müharibəsi dövründə dost və qardaş ölkə Pakistanın nümayiş etdirdiyi birmənalı dəstəyə görə qarşı tərəfə təşəkkürünü ifadə edib.

Azərbaycanın Cammu və Kəşmir məsələsinin beynəlxalq hüquq norma və prinsipləri, həmçinin BMT TŞ qətnamələri əsasında həllini dəstəklədiyi və İslam Əməkdaşlıq Təşkilatının müvafiq kontakt qrupu çərçivəsində iştirakımız qeyd olunub.

Azərbaycanın işğal edilmiş ərazilərində bərpa və reabilitasiya işlərinin həyata keçirilməsindən bəhs edən nazir Ceyhun Bayramov hazırkı mərhələdə dost ölkələrin bu fəaliyyətə cəlb oluna biləcəyini qeyd edib.

Görüşdə tərəflər ikitərəfli əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsi üzrə qətiyyətli olduqlarını ifadə ediblər.

İnsanlar peyvəndləndikdən sonra da özlərini qorumalıdırmı? like
  • 14 Yan 15:13  
Digərləri İnsanlar peyvəndləndikdən sonra da özlərini qorumalıdırmı?

Cəmiyyətin vaksinasiyanın tətbiqinə başlanacağı günü səbrsizliklə g

arrow Ətraflı
Bu tarixdən SMS icazə ləğv edilə, like
  • 14 Yan 15:11  
Digərləri Bu tarixdən SMS icazə ləğv edilə,

Nazirlər Kabineti yanında Operativ Qərargah bütün parametrləri qiymətlən

arrow Ətraflı
Keniyada koronavirusun 16 yeni forması aşkar edilib like
  • 14 Yan 15:10  
Dünya Keniyada koronavirusun 16 yeni forması aşkar edilib

Keniyanın cənub-şərqində koronavirusun 16 yeni ştammı aşkar edilib.

arrow Ətraflı
Ötən il Müdafiə Nazirliyinin “Qaynar xətt”inə 15 mindən artıq müraciət daxil olub like
  • 14 Yan 15:03  
Digərləri Ötən il Müdafiə Nazirliyinin “Qaynar xətt”inə 15 mindən artıq müraciət daxil olub

Daxil olan müraciətlərin qəbul edilməsi, vətəndaşlar ilə birbaşa ünsi

arrow Ətraflı
Təcili yardımla uşaqların hospitalizasiyasında artım olub like
  • 14 Yan 14:57  
Digərləri Təcili yardımla uşaqların hospitalizasiyasında artım olub

2020-ci il ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım

arrow Ətraflı
TANAPla Türkiyəyə indiyə qədər 8.4 mlrd. kubmetr qaz göndərilib like
  • 14 Yan 14:53  
Digərləri TANAPla Türkiyəyə indiyə qədər 8.4 mlrd. kubmetr qaz göndərilib

Bu günə qədər TANAP vasitəsilə Türkiyəyə indiyə qədər 8.4 mlrd. kubm

arrow Ətraflı
Türkiyədə 6 PKK üzvü həbs olundu like
  • 14 Yan 14:52  
Dünya Türkiyədə 6 PKK üzvü həbs olundu

Türkiyənin Diyarbakir şəhərində keçirilən əməliyyatla 6 PKK terrorçus

arrow Ətraflı
188 müəllimnəzarətçi bazadan xaric edilib like
  • 14 Yan 14:50  
Digərləri 188 müəllimnəzarətçi bazadan xaric edilib

Nümunəvi fəaliyyətinə görə təşəkkür elan edilən nəzarətçilərlə

arrow Ətraflı
Müharibədə 4 nəzarətçimüəllim şəhid olub like
  • 14 Yan 14:49  
Digərləri Müharibədə 4 nəzarətçimüəllim şəhid olub

Bu il 38 nəfər nəzarətçi-müəllim Dövlət İmtahan Mərkəzi tərəfində

arrow Ətraflı
“İnstagram”da narkotik qəbulunu təbliğ edən şəxslər saxlanıldılar like
  • 14 Yan 14:48  
Kriminal “İnstagram”da narkotik qəbulunu təbliğ edən şəxslər saxlanıldılar

Sosial şəbəkələrdə profil yaradaraq narkotik vasitələrin qəbulunu təbl

arrow Ətraflı
3 şəhid anasına Azərbaycan vətəndaşlığı verildi like
  • 14 Yan 14:46  
Digərləri 3 şəhid anasına Azərbaycan vətəndaşlığı verildi

2020-ci ildə Azərbaycan vətəndaşlığı verilən şəxslərin sayı məlum

arrow Ətraflı
Fəhlə hündürlükdən yıxıldı like
  • 14 Yan 14:41  
Digərləri Fəhlə hündürlükdən yıxıldı

Yanvarın 13-də saat 11 radələrində Göyçay rayon sakini, 1973-cü il təv

arrow Ətraflı
DİNin keçirdiyi əməliyyatlarda üç nəfərdən silahsursat götürüldü like
  • 14 Yan 14:35  
Kriminal DİNin keçirdiyi əməliyyatlarda üç nəfərdən silahsursat götürüldü

Bakı və Sumqayıt sakinlərindən odlu silah-sursat götürülüb.

arrow Ətraflı
Quzu ətindən ləzzətli buğlama  VİDEO like
  • 14 Yan 14:30  
Digərləri Quzu ətindən ləzzətli buğlama VİDEO

Son.az "Yemək fəlsəfəm" youtube kanalına istinadən oxucularına

arrow Ətraflı