"Ermənilərin qisas barədə düşünmələri mənasızdır"
Siyasət 14 Yan 2021 11:44:18 51 0
Ermənistanda müxalifət Baş nazir Nikol Paşinyanı devirmək niyyətindədir. Müxalifətin vahid namihzədi isə sabiq müdafiə naziri, 74 yaşlı Vazgen Mikaeloviç Manukyandır.
Bu xəbəri də oxu: Prezident İlham Əliyevlə Türkmənistan Prezidenti arasında videokonfrans formatında görüş keçirilib
Rusiyanın "RosBiznesKonsaltinq" agentiliyinə verdiyi müsahibəsində o, mübarizə və baş nazir seçilərsə, fəaliyyət proqramından bəhs edib.
Onun dediyinə görə, Ermənistan cəmiyyəti indi İkinci Qarabağ Savaşında məğlubiyyətin qisasını almaq və baş verənlə barışmaq ideyaları arasında qalıb.
"Azərbaycanla savaşın Ermənistana gərək olduğunu düşünmürəm. Bu səbəbdən, sadəcə, savaşmaq üçün qisas barədə düşünmək olmaz. Daha doğrusu, ermənilərin qisas barədə düşünmələri mənasızdır. Ordunu hücuma yox, müdafiəyə hazırlamaq gərəkdir. Qarabağın statusu ilə bağlı Ermənistanla Azərbaycan arasında danışıqlar ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə davam etdirilməlidir. Alınacaq, ya yox - bilmirəm. Amma bu məsələni siyasi yolla həll etmək gərəkdir. Belə durumda möhkəmlənməli, güclü ölkə olmalıyıq. Savaşa başlamaq maraqlarımıza cavab vermir. Ölkə bədbin, pərişan vəziyyətdədir və rəhbərlik də problemi həll etmək üçün heç nə etmir", - Vazgen Manukyan deyib.
Onun fikrincə, İkinci Qarabağ Savaşı, ümumiyyətlə, olmaya bilərdi: "Savaşın qarşısını lap əvvəldən almaq olardı. Savaş başlanandan sonra isə elə davrana bilərdik ki, əsas mövqelərimizi qoruyub saxlayaq. Ölkə hakimiyyətində savaş günlərində baş verən başıpozuqluq, yaşanan hərc-mərclik də savaşı mümkün qədər tez saxlamaq zərurətini artırırdı. Belə təkliflər vardı, amma Paşinyan imtina edirdi. Onun yanına sabiq prezidentlər getdilər, onunla müxalifət danışdı, amma mövqeyini dəyişmədi. Burada səriştəsizliyin harada bitdiyini və hansısa gizli hesabların harada başlandığını anlamıram".
Xatırladaq ki, Ermənistanda İkinci Qarabağ Savaşında məğlubiyyətlə bağlı siyasi böhran davam edir.
2018-ci ildəki kütləvi etiraz aksiyaları nəticəsində hakimiyyətə gəlmiş Baş nazir Nikol Paşinyanın istefasını bütün müxalifət partiyaları tələb edirlər. Lakin müxalifətçilər, hələ ki, Paşinyanı istefaya vadar edə bilməyiblər.
Vazgen Manukyan isə Paşinyandan sonrakı keçid dövründə baş nazir postuna əsas namizəd qismində nəzərdə tutulub.
Orxan Hun Son.az
Çox düşünürəm, görəsən, əvvəlki həyatımıza dönə biləcəyik? Yox

Ermənilərin Vətən müharibəsi zamanı mülki əhalini atəşə tutması nə

Dostlarımın hesabına dolanıram. Heç bir gəlirim yoxdur. Yaxşı ki, etibar

Erməni qəsbkarları Azərbaycanın işğaldan azad olunan ərazilərində, əl

ABŞ-da yanvarın 6-da Konqres binasına hücumlardan sonra sosial media şirkə

Pakistan İslam Respublikasına rəsmi səfəri çərçivəsində bu ilin 13 yan

Bakıda narkotik alveri ilə məşğul olmaqda ittiham olunan 1962-ci il təvəl

Türkiyədə "Radyo Televizyon Gazetecileri Derneği" 2019-cu ilin Med

Ötən ay ölkədə gün ərzində 5000-ə yaxın yoluxma qeydə alınırdı. İ

Yanvarın 13-də SOCAR və Amerika Neft İnstitunun (API) rəhbərliyi arasında

Ermənilər bu və ya digər vəsaitlər hesabına Şuşada tarixi binalarda yer

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasını

Almaniyanın "Die Welt" və "Welt am Sonntag" qəzetlərinin

Bütün Ermənistan ərazisində əhaliyə elektroenerji və təbii qazın veril

Narkotik maddə əldə edərək onu satmaq istəyən şəxslər saxlanıb. Polis
