"Qarabağı azad edənlərin dırnağında boya yox, qan olub"


Kriminal 28 Noy 2020 17:52:00 148 0

"Qarabağı azad edənlərin dırnağında boya yox, qan olub"

Qarabağı dırnağı boyasız kişilər azad edib. Bizim şəhidlərimizin dırnağında boya yox, palçıq olub.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova deyib. Aktrisa metroseksual kişilərdən bəhs edib:

"Oğlanlarımız ona görə həmin torpaq uğrunda şəhid olmayıblar ki, onun üstündə dırnağı boyalılar gəzsin. Şəhidlərimiz, qazilərimiz, əsgərlərimiz bu torpaqları dırnaqlarından qan axa-axa alıblar.

Kişilərin dırnaqlarına boya çəkmələrinə etiraz edirəm. Bunu dediyim üçün də sosial şəbəkədə məni qınayırlar. Anlaya bilmirəm bunlar nəyi müdafiə edirlər? Yəqin onlar üçün kişilərin dırnağına boya çəkməsi xoşdur".