Qarabağdakı xristian abidələri qədim AzərbaycanAlbaniya mirasıdır


Siyasət 26 Noy 2020 17:49:00 57 0

Qarabağdakı xristian abidələri qədim AzərbaycanAlbaniya mirasıdır

"Xristian abidələrinin müdafiəçilərinə" bəyan edirəm ki, erməni vandalları keçmiş İrəvan xanlığının torpaqlarında, o cümlədən İrəvan şəhərində Azərbaycan xalqına məxsus 300-dən çox məscidi, qəbristanlıqları, çoxsaylı tarixi abidələri yerlə-yeksan ediblər. Hazırda erməni vandallarının törətdiyi vəhşilikləri işğaldan azad edilən Qarabağ torpağında da görürük. Orada məscidlərimiz və digər tarixi abidələrimiz məhv edilib, bəzi məscidlərimizdə isə donuz, inək saxlanılıb. Bu, təkcə Azəbaycan xalqına deyil, bütün İslam aləminə ən ağır təhqirdir. Amma bütün bunlar bəzi Qərb dairələrini qəti maraqlandırmır və "xristianlığın müdafiəçiləri" susurlar!

Son.az bildirir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib.

Yaqub Mahmudov deyib ki, bu günlərdə içərisində Alen Delon, Pyer Rişar, Jan Renonun da yer aldığı 120-dən çox tanınmış fransız ermənilərə dəstək üçün imza toplayıb və tarixi faktın ziddinə gedərək onların Qarabağda 2 min ildən çox yaşadıqlarını iddia ediblər. Fransa prezidenti Makron isə həyasızcasına Qarabağda guya erməni mədəni və dini irsinin olduğunu bildirir. Görünən odur ki, bəzi Qərb dairələri açıq şəkildə erməni vandallarını müdafiə edirlər. Nə qədər təəccüblü olsa da, ermənilərin quyruğunda sürünən Qrebenşikov, Spivakov kimi bir qrup rusiyalı mədəniyyət xadimi də UNESCO-ya müraciət edərək, Qarabağdakı xristian abidələrinin qorunmasını xahiş ediblər. Təəssüf ki, Azərbaycana qarşı təxribatlar bitmir ki, bitmir! Və Makrondan ilhamlanan Fransa senatında qondarma "Dağlıq Qarabağ respublikasının" tanınmasına dair qətnamə layihəsi qəbul olunub. Beləliklə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Fransa nəhayət ermənipərəst mövqeyini açıq şəkildə sərgilədi!

Tarixçi alim qeyd edib ki, Azərbaycanın bütün tarixi abidələri, o cümlədən kilsələr dövlət tərəfindən qorunur: "Ermənilər öz məzhəblərindən, yəni qriqorianlıqdan başqa bütün dinlərin düşmənidir. Onlar Qarabağdakı pravoslav kilsəsini də dağıdıblar. Beləliklə, UNESCO-ya müraciət edən ermənipərəst ziyalıların ad-sanı bir qara qəpiyə də dəyməz!"

"Prezident İlham Əliyev Vətən müharibəsində tarixi qələbə qazanmaqla "Dağlıq Qarabağ problemi"ni çözdü! Ali Baş Komandan ermənilərin Dağlıq Qarabağın statusu ilə bağlı iddialarını gündəlikdən çıxararaq, onların "Artsax" layihəsini darmadağın etdi! Amma bəzi dairələr erməni vandallarını müdafiə edir və Azərbaycan Alban kilsələrini erməni kilsələri kimi dünyaya təqdim edirlər. Bu isə ermənilərin əsassız ərazi iddialarına yol açır. Prezidentimiz haqlı olaraq bəyan edir ki, qədim Azərbaycan dövləti olan Albaniyaya aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir", - deyə akademik bildirib.

Yaqub Mahmudov qeyd edib ki, Qarabağdakı xristian abidələri qədim Azərbaycan-Albaniya mirasıdır: "Albaniyanın saf və əsl tarixi Kəlbəcərdədir. Kəlbəcərdəki Gəncəsər məbədinin kitabəsində Alban-Xaçın knyazı Həsən Cəlal "Uca və böyük Ərsak ölkəsinin hökmdarı, Alban vilayətinin çarı Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu" kimi yad edilir. Bu kitabə onun əcdadlarının qədim türk boyuna mənsub olan Ərsak soyundan olmasını bir daha təsdiq edir. Təsadüfi deyil ki, XVIII əsrdə Qarabağın dağlıq hissəsində yaşayan alban xristian məlikləri də I Pyotra və II Yekaterinaya yazdıqları məktublarında özlərinin erməni deyil, alban olduqlarını təsdiq etmişlər. Bu məktublar erməni alimləri tərəfindən saxtalaşdırılaraq, "alban türkləri" - "ağvan müsəlmanları", "Alban Arşaki nəsli" isə "erməni rəisləri nəsli" ifadələri ilə əvəz edilib.

Orta əsrlərdə Şərqin müsəlman dövlətlərinə qarşı məkrli siyasət yeridən Avropa xristian dövlətləri erməni-qriqorian kilsəsini himayə ediblər. 1441-ci ildə Azərbaycan hökmdarı Cahanşahın icazəsi ilə erməni katolikosluğunun mərkəzi Kilikiyanın Sis şəhərindən Azərbaycanın İrəvan şəhəri yaxınlığındakı qədim Azərbaycan-Alban monastırı Üçkilsəyə köçürüldüyü zaman Alban kilsəsinin artıq 1400 ildən çox yaşı var idi. I əsrdə Müqəddəs Yeliseyin təşəbbüsü ilə Şəkinin Kiş kəndi ərazisindəki qədim ziyarətgahın yerində Albaniyanın və bütövlükdə Qafqazın ilk xristian məbədi inşa edilib. XIX əsrin əvvəllərində Şimali Azərbaycanın digər bölgələri ilə yanaşı, Qarabağa ermənilərin kütləvi surətdə köçürülməsi ilə Alban kilsəsinin ən faciəli illəri başlandı. Və erməni-qriqorian kilsəsinin təzyiqi ilə 1836-cı ildə çar Rusiyası Alban kilsəsini ləğv etdi, kilsənin maddi-mədəni irsinə nəzarət isə qriqorian kilsəsinin ixtiyarına keçdi. Beləliklə, erməni millətçilərinin Azərbaycan torpaqlarına qarşı əsassız ərazi iddiaları qaldırmaları üçün zəmin yaradıldı.

Saxta erməni tarixini uyduran, ermənilərin tarixində dövlət rolunu oynayan məhz qriqorian kilsəsi olub. Bu kilsə erməni terror təşkilatlarının meydana gəlməsində və formalaşmasında birbaşa iştirak edib, xalqımıza qarşı soyqırımlarına, o cümlədən Xocalı soyqırımına "göz yumub". Müasir dövrdə isə bunun sübutu I Qarabağ müharibəsində azərbaycanlıları qətlə yetirən keşiş Ovannisyanın yeni yayılan əli silahlı fotosudur.

Sübut edilib ki, ermənilər Qafqaza, o cümlədən Şimali Azərbaycana gəlmə xalqdır. Onlar buraya çar Rusiyası tərəfindən köçürülüb gətirilmişdir. Bu fakt antropoloji, yazılı və digər qrup qaynaqlarla, o cümlədən yüzlərlə arxiv sənədi ilə təkzibedilməz şəkildə sübut olunub".

Noyabr ayı üzrə ünvanlı sosial yardımlar ödənildi like
  • 26 Noy 17:44  
Digərləri Noyabr ayı üzrə ünvanlı sosial yardımlar ödənildi

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və kompensasiya

arrow Ətraflı
Fransa Senatının qətnaməsi bu ölkənin vasitəçi mandatını tabuta qoydu like
  • 26 Noy 17:39  
Siyasət Fransa Senatının qətnaməsi bu ölkənin vasitəçi mandatını tabuta qoydu

Ermənistanın agır məglubiyyəti ilə əlləri üzülmüş Fransa indi də re

arrow Ətraflı
Aminin qaytarılması ilə bağlı yayılan məlumatlar yalandır like
  • 26 Noy 17:37  
Digərləri Aminin qaytarılması ilə bağlı yayılan məlumatlar yalandır

Ermənilər tərəfindən əsir götürülən yaralı əsgər Amin Musayevin Az

arrow Ətraflı
"Toppuş" bacıda yenidən şiş tapıldı: "Həyatla vidalaşıram" like
  • 26 Noy 17:34  
Şou-biznes "Toppuş" bacıda yenidən şiş tapıldı: "Həyatla vidalaşıram"

"Toppuş" bacıda yenidən şiş tapıldı: "Həyatla vidalaşır

arrow Ətraflı
"Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağı diplomatik hədəfinə nail olmağı bacardı" like
  • 26 Noy 17:29  
Siyasət "Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağı diplomatik hədəfinə nail olmağı bacardı"

Azərbaycan dövlətinin ötən illər ərzində xarici siyasətinin ən mühüm

arrow Ətraflı
Azərbaycanda dini tolerantlıq səviyyəsi Fransa və digər Qərb ölkələrindən daha yüksəkdir like
  • 26 Noy 17:25  
Siyasət Azərbaycanda dini tolerantlıq səviyyəsi Fransa və digər Qərb ölkələrindən daha yüksəkdir

Mən əminəm ki, Azərbaycanda dini tolerantlıq səviyyəsi Fransada və digə

arrow Ətraflı
"İki ay yatmamışam, gözümə yuxu getmirdi, hər an tvitt gözləyirdim" like
  • 26 Noy 17:24  
Şou-biznes "İki ay yatmamışam, gözümə yuxu getmirdi, hər an tvitt gözləyirdim"

"Tək Füzuli yox, bütün Qarabağı gəzəcəm. Füzulidənəm, amma Şu

arrow Ətraflı
Azərbaycanda koronavirusa yoluxanların sayı bu gün də artdı like
  • 26 Noy 17:22  
Digərləri Azərbaycanda koronavirusa yoluxanların sayı bu gün də artdı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3705 yeni yol

arrow Ətraflı
Ermənistanda iqtisadi və siyasi böhran göz qabağındadır like
  • 26 Noy 17:14  
Dünya Ermənistanda iqtisadi və siyasi böhran göz qabağındadır

Ermənistanın və onun xalqının beynəlxalq münasibətlərdə obrazı mənfi

arrow Ətraflı
Gürcüstanın böyük şəhərlərində sərt karantin rejimi tətbiq ediləcək like
  • 26 Noy 17:09  
Dünya Gürcüstanın böyük şəhərlərində sərt karantin rejimi tətbiq ediləcək

Noyabrın 28-dən Gürcüstanın Tbilisi, Batumi, Kutaisi, Rustavi, Qori, Poti,

arrow Ətraflı
Fransa senatının bu addımı Azərbaycana və beynəlxalq hüquqa hörmətsizlikdir like
  • 26 Noy 17:04  
Siyasət Fransa senatının bu addımı Azərbaycana və beynəlxalq hüquqa hörmətsizlikdir

Fransa dövləti ermənilərin Azərbaycan əhalisinə qarşı törətdikləri t

arrow Ətraflı
Türkiyəli aktyor və ailəsi koronavirusa yoluxdu like
  • 26 Noy 16:54  
Digərləri Türkiyəli aktyor və ailəsi koronavirusa yoluxdu

Türkiyəli aktyor Bekir Aksoy koronavirusa yoluxub.

arrow Ətraflı
Rabitə Nazirliyi startapları maliyyələşdirməyə hazırdır like
  • 26 Noy 16:49  
Digərləri Rabitə Nazirliyi startapları maliyyələşdirməyə hazırdır

Son dövrlərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı və biznes mühi

arrow Ətraflı