Rus qadınla gizlin evləndi, anasının ölümünə səbəb oldu, otel otağında huşsuz tapıldı Kinomuzun Əhmədinin faciəvi həyatı FOTO
Kriminal 25 Noy 2020 22:44:00 95 0
Dünən məşhur aktyor Səyavuş Şəfiyevin anım günü idi.
Bu xəbəri də oxu: Vüqar Səfərlinin məhkəməsi təxirə düşdü
Son.az kulis.az-a istinadən onun haqqında maraqlı faktları təqdim edir.
Səyavuş Məmməd oğlu Şəfiyev 1937-ci il sentyabrın 1-də Beyləqanda anadan olub. İbtidai sinfi başa vurandan sonra atasının işi ilə əlaqədar ailə Bakıya köçməli olur. Məktəb illərindən idmanla məşğul olan Səyavuş boks üzrə müxtəlif yarışların qalibi olub. Valideynləri onun hüquqşünas və ya həkim olmasını istəsələr də, günlərin birində Moskvaya gəzməyə gedən Səyavuş gözlənilmədən sənədlərini Ümumittifaq Sirk Məktəbinə verir. Akrobatika üzrə dərəcə alır, məktəbi qurtardıqdan sonra "Soyuzsirk"ə göndərilir. Burada Moskva sirkində tanınmış artistlərlə işləyən Siyavuş tezliklə öz işinin peşəkarına çevrilir. Onu Rusiyanın sirk artistləri arasında qəbul etməyə başlayırlar.
***
1972-ci ildə Səyavuş Bakıya, şəhərdə yenicə açılmış sirkə bədii rəhbər göndərilir. Bakıda quruluş verdiyi sirk proqramları o zaman üçün böyük məşhurluq qazanır. Bakı Teatr məktəbinin rejissorluq fakültəsinə daxil olur. Adil İsgəndərovdan dərs alır. Dəvət olunduğu "Koroğlu" filmində Koroğlu roluna sirk kollektivi ilə qastrola getdiyindən çəkilə bilmir. Amma ustadı Adil İsgəndərov "Əhməd haradadır?" filmində Əhməd rolunda ancaq onu gördüyündən qastroldan qayıtmasını da gözləyir. O, ilk dəfə "Əhməd haradadır?"da Əhməd roluna çəkilir və məşhurluq qazanır.
Film ekranlara çıxandan sonra rejissor Adil İsgəndərov sovet senzurasının ciddi tənqidlərinə məruz qalır. "Burjua-meşşan elementləri ilə zəngin" film kimi xarakterizə edilən bu filmin tənqidindən xəbər tutan Səyavuş "nahaq çəkildim" deyir. Ancaq illər ötdükdən sonra film tamaşaçı tərəfindən qəbul edilir və Azərbaycanın kult-filminə çevrilir. Səyavuş deyirmiş ki, "Taleyimdən razıyam. Nə yaxşı ki, Adil müəllim məni bu rola çəkdi".
***
Filmlə bağlı müsahibələrində Səyavuş Səfiyev tez-tez bu hadisəni xatırlayırmış: "Əhmədin evdən qaçma səhnəsi çəkilir. Mən də pəncərədən qonşu həyətə tullanmalı, sonra da hasardan aşıb aradan çıxmalıyam. Bu zaman qonşu həyətdən üstümə it cummalıdır. Elə birinci dublda it məni qapdı. Bərk qorxmuşdum. Adil müəllim "Qada, bu səhnə 10-15 dəfə çəkiləcək, hər dəfə də bu it Səyavuşu qapsa, onda can qalmaz..." deyib iti zəncirə salır. Filmə diqqətlə baxanda itin zəncirləndiyi görünür".
***
Bundan sonra S. Şəfiyev Rüstəm İbrahimbəyovun ssenarisi üzrə çəkilən "Uşaqlığın son gecəsi" filmində prorab Rüstəm obrazını yaradır. Film Gürcüstanda keçirilən festivalda mükafat alır.
Daha sonra o, "Ən vacib müsahibə" filmində jurnalist Altay obrazını yaradıb.
O, öz dövrünün çox populyar, sevilən şəxsiyyəti olub. Adı dillərdə gəzib, Bakıda, Moskvada, keçmiş SSRİ-nin məkanının kumirlərindən birinə çevrilib. Onu bir dəfə görmək üçün saatlarla keçəcəyi küçədə dayanıb gözləyənlər olub. Bacıları xatırlayırlar ki, evlərində telefonun dəstəyi yerə dəyməzdi, bəzən Səyavuş özü də bezib telefona gəlməzmiş.
***
"Uşaqlığın son gecəsi" filmində isə Rüstəm Elyanı qucaqlayıb öpdüyü səhnədə rejissor nə qədər çalışsa da, Səyavuş Şəfiyev utanır və qızı öpməkdən imtina edir, axırda yalnız qucaqlaşma səhnəsi ilə razılaşmalı olurlar.
Hər baxımdan ölkədə vəziyyət getdikcə daha da pisləşir. Xəstəxanalar

Öncə qeyd etmək istərdik ki, Fransa Senatında qəbul edilmiş "Dağlı

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ord

İşğaldan azad olunmuş Kəlbəcər rayonuna doğru irəliləyən bölmələri

Rəsmi Pekin Hindistanın Elektronika və İnformasiya Texnologiyaları Nazirliy

Azərbaycan əsgəri cəbhə bölgəsindən sevdiyi qızın anasına müraciət

Azərbaycan şairi Nərminə Məmmədzadə Trend Life-a ikinci Qarabağ müharib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İran İ

Qubada karantin rejimini pozaraq fəaliyyət avtomobil təmiri sexləri aşkarla

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Kəlbəcə

Norveçin "Equinor" şirkəti Azərbaycan Dövlət Neft Şirkəti ilə
