“Vikipediya”nın özbək dili bölməsində Ağdam haqqında məqalə əsaslı redaktə olunub FOTO


Siyasət 24 Noy 2020 20:41:00 83 0

“Vikipediya”nın özbək dili bölməsində Ağdam haqqında məqalə əsaslı redaktə olunub  FOTO

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin "viki" könüllüləri tərəfindən növbəti təqdirəlayiq addım atıblar. Könüllülər Ermənistan işğalından azad olunan Ağdam rayonu haqqında məqaləni özbək dili bölməsində əsaslı redaktə ediblər.

Son.az Trend-ə istinadən bildirir ki, məqalədə 27 il Ermənistan işğalı altında qalan və ərazisinə görə Azərbaycan Respublikasının ən böyük rayonlarından olan Ağdamın tarixinə, onun adının toponiminə nəzər salınır, qeyd olunur ki, XVIII əsrin birinci yarısında Azərbaycanın Qarabağ xanı - Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ mərkəzə çevrilib və sonralar günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev - "Ağdam" adlanıb.

Vurğulanır ki, əslində Ağdamın tarixi çox qədim dövrlərə təsadüf edir, rayon ərazisi qədim yaşayış məskənlərindən biridir və burada "Leylatəpə" və "Üzərliktəpə" adlanan ərazidə arxeoloji qazıntılar nəticəsində qədim dövrə gedib çıxan Eneolit ​​və Orta Tunc dövrünə aid yaşayış məskənləri tapılıb.

Məqalədə erməni işğalından əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı, 15 şərab, 1 şampan zavodu, 10 istirahət mərkəzi, Qarabağın ən böyük musiqi məktəblərinin yerləşdiyi qeyd olunur.

Yaradılmış məqalə Ağdam rayonu ərazisində rayon məscidi və Şahbulaq qalası istisna olmaqla digər abidələrin, hətta bütün tikililərin, evlərin işğaldan sonra Ermənistan ordusu tərəfindən tamamilə dağıdıldığı, məhv edildiyi vurğulanır. Bir çox xarici jurnalistlərin Ağdam şəhərini gördükdən sonra onu "Qafqazın Xirosiması", yaxud "Ruhlar şəhəri" adlandırdığı, əslində isə Ermənistan işğalından öncə Ağdamın Qafqazın ən inkişaf etmiş və gözəl şəhərlərindən biri olduğu məlumatlarda öz əksini tapır.

Məqalədə 23 noyabr tarixində ilk dəfə olaraq Ermənistan işğalından azad edilən Ağdam rayonuna Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın səfər etməsi, rayon ərazisindəki yeganə dağıdılmamış tikili, tarixi abidə Ağdam məscidini ziyarət etmələri və Azərbaycan bayrağı qaldırılması xəbəri də öz əksini tapıb.

Ağdamın tarixi, əhalisi, iqtisadiyyatı, təhsil ocaqları, mədəniyyət abidələri, tanınmış şəxsiyyətləri, milli qəhrəmanları haqqında məlumatların yer aldığı bölmədə dünən Ermənistan işğalından azad olunan tarixi qala - Şahbulaq qalası haqqında da məlumatlar yer alır. Şahbulaq qalasının Azərbaycanın Qarabağ xanı Pənahəli xan tərəfindən 1751-1752-ci illərdə inşa etdirildiyi, onun adının burada yerləşən gursulu bulaqın adından götürüldüyü və bu qəsrin xanın iqamətgahı olduğu yazılır. Qeyd olunur ki, Ermənistan ordusu tərəfindən bu ərazilərin zəbt olunması zamanı qalanın dağıdılmamasının əsas səbəbinin onun guya "erməni irsinə aid olması" və tarixinin saxtalaşdırılmasıdır.

Məlumatlar arasında rayonu Azərbaycan çempionatında təmsil edən peşəkar futbol klubu, dünya şöhrətli "Qarabağ" komandası haqqında faktlar öz əksini tapıb. 1993-ci ilin 23 iyul tarixinə gədər futbol klubunun ev oyunlarını Ağdam şəhərindəki "İmarət" Stadionunda keçirdiyi və sonradan erməni işğalı ilə əlaqədar bir müddət Quzanlı qəsəbəsi, daha sonra isə paytaxt Bakı şəhərindəki stadionlarda keçirildiyi yazılır. Qarabağ futbol komandasının tarixində 7 dəfə Azərbaycan Premyer Liqasının Çempionu olmuş, ilk dəfə Qarabağ 1993-cü ildə Azərbaycanın ən güclüsü olmuşdur. 2017-2018-ci il mövsümündə isə "Qarabağ"ın Çempionlar Liqasında daha fəal çıxış etdiyi, qrup mərhələsinə yüksəldiyi qeyd olunur. Qrup mərhələsində Çelsi, Atletiko Madrid və Roma kimi Avropa nəhəngləri ilə qarşılaşan komanda Çempionlar liqasının qrup mərhələsində xal qazanmış ilk Azərbaycan klubu kimi tarixə düşdüyü qeyd olunur.

Azərbaycanda "Qarabağ" futbol klubuna böyük sevgi və hörmətin olduğu məlumatlarda öz əksini tapır, vurğulanır ki, komanda sadəcə peşəkar futbol klubu deyil, o, Azərbaycan xalqının əzmkarlıq və qətiyyətinin rəmzi, hər bir ağdamlının, qarabağlının, Azərbaycanlının qürurun və ədalətin bərpa olunacağına ümidinin təcəssümüdür. İşğaldan yenicə azad olunan Ağdamın gələcəkdə bərpasından sonra "Qarabağ" futbol klubunun yenidən öz ev matçlarını tarixi şəhəri olan Ağdamda öz stadionunda keçirəcəyi yazılır.

Özbək dilində "Agʻdam tumani" adlı bölmədə çoxsaylı faktlar, məlumatlar, statistika, fotoşəkillər, xəritələr verilmişdir ki, burada rayonun hazırkı vəziyyəti öz əksini tapmışdır.

Özbək dilində yaradılmış Ağdam rayonu haqqında bölmə ilə BURADAN tanış olmaq mümkündür.

Qaş dərisinin sallanmasının asan yolla aradan qaldırılması like
  • 24 Noy 20:40  
Digərləri Qaş dərisinin sallanmasının asan yolla aradan qaldırılması

Qaşların altındakı dəri müvəqqəti və ya daimi olaraq sallana bilər. Bu

arrow Ətraflı
Böyrək daşlarının tökülməsi üçün sirop like
  • 24 Noy 20:30  
Digərləri Böyrək daşlarının tökülməsi üçün sirop

Böyrək daşı xəstəliyi insanlarda ən güclü ağrı ilə müşayət olunan

arrow Ətraflı
Feysbuk türk proqramçını məhkəməyə verdi like
  • 24 Noy 20:20  
Digərləri Feysbuk türk proqramçını məhkəməyə verdi

Feysbuk şirkəti türk proqramçını məhkəməyə verib.

arrow Ətraflı
Bağayarpağının babasilə və bir çox xəstəliklərə faydası olduğunu bilirdinizmi? like
  • 24 Noy 20:10  
Digərləri Bağayarpağının babasilə və bir çox xəstəliklərə faydası olduğunu bilirdinizmi?

Bağayarpağı haqqında bilmədikləriniz Bağayarpağı bitkisinin faydaları

arrow Ətraflı
Neapol bələdiyyələri Azərbaycanı dəstəkləyən sənəd qəbul edib like
  • 24 Noy 20:08  
Dünya Neapol bələdiyyələri Azərbaycanı dəstəkləyən sənəd qəbul edib

İtaliyanın Neapol şəhərinin Ottaviano bələdiyyəsi "Ermənistan-Azə

arrow Ətraflı
Evində huşsuz vəziyyətdə tapılan əməkdar artist müayinə olunub like
  • 24 Noy 20:07  
Digərləri Evində huşsuz vəziyyətdə tapılan əməkdar artist müayinə olunub

"Səfurə xanım uzun illərdir, Könül xanımın himayəsindədir".

arrow Ətraflı
33 obyektdə sanitariyagigiyena tələbləri pozulub like
  • 24 Noy 20:06  
Digərləri 33 obyektdə sanitariyagigiyena tələbləri pozulub

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm

arrow Ətraflı
ISESCOnun Baş direktoru Prezident İlham Əliyevə təbrik məktubu göndərib like
  • 24 Noy 20:04  
Siyasət ISESCOnun Baş direktoru Prezident İlham Əliyevə təbrik məktubu göndərib

ISESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respub

arrow Ətraflı
Yaşla əlaqədar dəridə əmələ gələn ləkələrin aradan qaldırılmasının 5 sadə yolu like
  • 24 Noy 19:55  
Digərləri Yaşla əlaqədar dəridə əmələ gələn ləkələrin aradan qaldırılmasının 5 sadə yolu

Yaşlaşdıqca qadınların dərilərində piqment ləkələri meydana gəlməy

arrow Ətraflı
ABŞda son sutkada COVID19a 190 562 yoluxma qeydə alınıb, 1 083 nəfər ölüb like
  • 24 Noy 19:52  
Dünya ABŞda son sutkada COVID19a 190 562 yoluxma qeydə alınıb, 1 083 nəfər ölüb

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 190

arrow Ətraflı
Darvinin iki əlyazması Kembric Universitetinin kitabxanasından oğurlanıb like
  • 24 Noy 19:51  
Digərləri Darvinin iki əlyazması Kembric Universitetinin kitabxanasından oğurlanıb

Çarlz Darvinin iki əlyazması Kembric Universitetinin kitabxanasından oğurla

arrow Ətraflı
Onkoloqlar solyari qəbul edənləri diqqətli olmağa çağırır like
  • 24 Noy 19:50  
Digərləri Onkoloqlar solyari qəbul edənləri diqqətli olmağa çağırır

Onkoloqlar solyari qəbul edənləri diqqətli olmağa çağırır. Solyari nəd

arrow Ətraflı
Ermənistan Müdafiə Nazirliyində daha bir istefa like
  • 24 Noy 19:46  
Dünya Ermənistan Müdafiə Nazirliyində daha bir istefa

Ermənistan müdafiə nazirinin müavini Makar Qambaryan vəzifəsindən istefa

arrow Ətraflı
Duzla müalicə like
  • 24 Noy 19:45  
Digərləri Duzla müalicə

Qida səneyisində istifadə edilən duz məhlulu xəstə orqanların ağrısın

arrow Ətraflı