"Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir"


Siyasət 22 Noy 2020 17:32:00 139 0

"Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir"

Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın ayrılmaz tərkib hissəsidir.

Son.az APA-ya istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Rossiya 1" telekanalına müsahibəsində bildirib.

V. Putin Ermənistanın belə qondarma "Dağlıq Qarabağ"ın müstəqilliyini və suverenliyini tanımadığını xatırladıb: "Bu o deməkdir ki, beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir".