"EU Reporter": Azərbaycan regionda yeni reallıq yaratdı


Siyasət 22 Noy 2020 07:11:00 47 0

"EU Reporter": Azərbaycan regionda yeni reallıq yaratdı

Avropanın nüfuzlu "EU Reporter" analitik portalı "Dağlıq Qarabağ sualına cavab" adlı məqalə yayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, müəllif məqalədə dünya güclərinin on illərdir Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində səylər göstərməsinə baxmayaraq, hansısa bir irəliləyişə nail olmaq üçün davamlı təzyiq göstərmədiklərini bildirir. Qeyd edir ki, belə bir şəraitdə Ermənistanla Azərbaycan arasında uzun müddətdir davam edən bu münaqişənin danışıqlar masası arxasında deyil, məhz döyüş meydanında həll olunması qaçılmaz idi və keçən həftə imzalanmış tarixi sülh razılaşması da bunu bir daha sübut etdi.

Məqalədə imzalanmış sülh razılaşmasına istinadla qeyd edilir ki, bu sənədə əsasən Azərbaycan öz suveren ərazisini bərpa edir. Ermənistanın işğalçı qüvvələri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən geri çəkilir və bu ərazilərə sülhməramlı qüvvələr daxil olur. Azərbaycanlı məcburi köçkünlər Qarabağ ərazisinə və ona bitişik rayonlara qayıdırlar.

Məqalədə ədalətin bərpa olunduğu bildirilir. Müəllif vurğulayır ki, beynəlxalq ictimaiyyət münaqişə ilə bağlı vəziyyətin bu nöqtəyə çatması üçün qan tökülməsini tələb edən şəraitin yaradılmasına görə utanmalıdır. Çünki əgər vaxtında razılaşdırılmış beynəlxalq diplomatik təzyiqlər həyata keçirilsəydi eyni nəticəni əldə etmək mümkün olardı.

Müəllif qeyd edir ki, uğurlu hərbi gedişləri ilə Ermənistan silahlı qüvvələrini 30 ilə yaxın müddətdə işğal altında saxladığı ərazilərdən geri çəkilməyə məcbur etməsi nəticəsində Azərbaycan regionda yeni reallıq yaratdı.

Vurğulanır ki, son aylarda baş verən hadisələr bütün dünyanın diqqətini Cənubi Qafqaza yönəltdi, bu regionun necə strateji əhəmiyyət daşıdığı bir daha özünü göstərdi. Cənubdan İran, şimaldan isə Rusiya ilə həmsərhəd olan Azərbaycan Asiya ilə Avropanı birləşdirən körpü rolunu oynayır. Bu ərazidən təkcə yeni dəmir yolu xətləri deyil, həm də Avropanın əsas enerji mənbələrindən biri olan, Azərbaycanın Xəzər dənizində yerləşən yataqlarından daşınan neft və qaz boru kəmərləri keçir. Həm qədim, həm də XXI əsr İpək Yolunun üzərində yerləşməklə bu bölgə istər xəritədəki geoiqtisadi mövqeyindən, həm də öz təbii ehtiyatlarından səmərəli istifadə etməklə dünyanın iqtisadi mərkəzlərindən birinə çevrilə bilər. Beynəlxalq diplomatik dairələrin bu bölgədəki fəaliyyəti uğursuz olub, indi beynəlxalq investisiya təşkilatlarının həmin səhvi düzəltmək vaxtı gəlib çatıb.

İspaniya əhalisinin əksəriyyəti gələn ilin iyul ayınadək... like
  • 22 Noy 06:30  
Dünya İspaniya əhalisinin əksəriyyəti gələn ilin iyul ayınadək...

İspaniyanın Baş naziri Pedro Sançes bəyan edib ki, artıq onun ölkəsi Alm

arrow Ətraflı
OECD: Pandemiyanın zərəri ötən bir neçə ayda deyil, qarşıdakı aylarda müşahidə ediləcək like
  • 22 Noy 04:30  
Dünya OECD: Pandemiyanın zərəri ötən bir neçə ayda deyil, qarşıdakı aylarda müşahidə ediləcək

Hökumətlərin artan xərcləri qarşılamaq qabiliyyətinin son həddi yaxınl

arrow Ətraflı
Pekinin hava limanlarından 300ə yaxın uçuş təxirə salınıb like
  • 22 Noy 00:45  
Dünya Pekinin hava limanlarından 300ə yaxın uçuş təxirə salınıb

Çinin paytaxtı Pekində qarlı hava şəraiti "Dasin" və "Payt

arrow Ətraflı
Şəfiqə Məmmədova: "Rasim Ocaqov Milli Kinomuzun simvolikasıdır" like
  • 22 Noy 00:02  
Digərləri Şəfiqə Məmmədova: "Rasim Ocaqov Milli Kinomuzun simvolikasıdır"

"Bir vaxtlar Azərbaycan milli kinosunun özündə elə bil ayrıca "k

arrow Ətraflı
Günün qoroskopu: sənədləşdirmədə iştirak edin like
  • 22 Noy 00:01  
Digərləri Günün qoroskopu: sənədləşdirmədə iştirak edin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Azərbaycanda 20 yaşlı tələbə vəfat edib  FOTO like
  • 21 Noy 23:57  
Digərləri Azərbaycanda 20 yaşlı tələbə vəfat edib FOTO

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi vəfat edib.

arrow Ətraflı
Tozsoranlar evdəki söhbətləri dinləyə və ötürə bilər like
  • 21 Noy 23:55  
Digərləri Tozsoranlar evdəki söhbətləri dinləyə və ötürə bilər

ABŞ-ın Maryland Universitetindən bir qrup tədqiqatçı robot tozsoranların

arrow Ətraflı
Kaspersky: Hər altı şirkətdən biri bütün səviyyələrdə innovativ fikirləri təşviq edir like
  • 21 Noy 23:50  
Digərləri Kaspersky: Hər altı şirkətdən biri bütün səviyyələrdə innovativ fikirləri təşviq edir

Kaspersky-nin yeni araşdırmasına görə, innovasiya şöbəsi rəhbərlə

arrow Ətraflı
Virtual və əlavə reallıq texnologiyaları bazarı sürətlə inkişaf edəcək like
  • 21 Noy 23:45  
Digərləri Virtual və əlavə reallıq texnologiyaları bazarı sürətlə inkişaf edəcək

Bu il dünyada virtual (VR) və əlavə reallıq (AR) sahəsində mal və xidmə

arrow Ətraflı
Ermənilər Gəncəni İsgəndər raketi ilə vurub like
  • 21 Noy 23:40  
Digərləri Ermənilər Gəncəni İsgəndər raketi ilə vurub

Strategiya və Texnologiyaların Təhlili Mərkəzinin (CAST) rəhbəri Ruslan P

arrow Ətraflı
Ağdam məscidi işıqlandırıldı like
  • 21 Noy 23:28  
Digərləri Ağdam məscidi işıqlandırıldı

27 ildən sonra Ermənistanın işğalından azad edilmiş Ağdam rayonunun Cüm

arrow Ətraflı
Gürcüstanda parlament seçkilərinin ikinci turu başa çatıb like
  • 21 Noy 23:21  
Dünya Gürcüstanda parlament seçkilərinin ikinci turu başa çatıb

Gürcüstanda keçirilən parlament seçkilərinin ikinci turu başa çatıb.

arrow Ətraflı