"Ağdamın işğaldan azad olunması ölkəmiz üçün yeni imkanlar açacaq"


Siyasət 21 Noy 2020 12:06:00 68 1

"Ağdamın işğaldan azad olunması ölkəmiz üçün yeni imkanlar açacaq"

Ağdam rayonunun işğaldan azad edilməsi şanlı tariximizin ən qürurlu səhifəsidir.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı İltizam Yusifov deyib.

Onun sözlərinə görə, Ağdam rayonu həm coğrafi və iqtisadi cəhətdən əlverişli rayondur. Bu rayonun düşməndən azad olunması ölkəmiz üçün yeni imkanlar açacaq:

"Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı birgə bəyanata uyğun olaraq üçrəngli Azərbaycan bayrağı artıq Ağdamda dalğalanır. Hazırkı şəraitdə Ağdam rayonunun düşməndən itkisiz azad olunması möhtərəm Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir. Döyüş meydanında qazanılan qələbə siyasi müstəvidə də uğur əldə etməyimizi şərtləndirdi. Belə ki, cəbhədə ciddi itki verən düşmən ağ bayraq qaldırmağa məcbur oldu və bəyanata imza atdı. Bu bəyanat Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında mühüm sənəddir".

Deputat qeyd edib ki, bir məsələni diqqətdən qaçırmaq lazım deyil: "Ağdam rayonunun ərazisi üzrə keçmiş təmas xətti boyunca Ermənistan ordusu tərəfindən yaradılmış müdafiə istehkamları mürəkkəbliyi ilə seçilmiş, bir neçə müdafiə xəttindən ibarət olmuş və müasir standartlar tətbiq edilməklə hazırlanmışdır. Bu səddin keçilməsi ciddi texnika və insan itkisi olmadan faktiki mümkün deyildi. Ancaq Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, qətiyyəti və dəmir iradəsi və Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində ərazilərimizin işğaldan azad edilməsi Ermənistanı kapitulyasiyaya və əraziləri boşaltmağa məcbur etdi. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonuna daxil oldu. Bundan sonrakı qısa zaman kəsiyində Kəlbəcər və Laçın rayonlarının boşaldılması və Azərbaycana təhvil verilməsi prosesi də uğurla başa çatacaq".

İ.Yusifov onu da qeyd edib ki, Ağdam bundan sonra öz doğma vətəndaşlarını qoynuna alaraq daha da çiçəklənəcək və bu rayonda həyata keçiriləcək yenidənqurma işlərindən sonra Ağdam ölkəmizin ən gözəl rayonlarından birinə çevriləcək.

Son.az 

Nar şirəsi COVİD19 patogenlərini öldürür like
  • 21 Noy 11:54  
Digərləri Nar şirəsi COVİD19 patogenlərini öldürür

Ulma Universitetində çalışan alman alimlər koronovirusu 97% məhv edən tə

arrow Ətraflı
Ağdamın azad edilməsi Azərbaycanın nəhəng siyasi qələbəsidir like
  • 21 Noy 11:50  
Digərləri Ağdamın azad edilməsi Azərbaycanın nəhəng siyasi qələbəsidir

Ağdam rayonunun işğaldan azad edilməsi Azərbaycanın nəhəng siyasi qələ

arrow Ətraflı
Son sutkada Ermənistanda koronavirusdan 31 nəfər ölüb like
  • 21 Noy 11:42  
Dünya Son sutkada Ermənistanda koronavirusdan 31 nəfər ölüb

Son sutkada Ermənistanda COVID-19-a 1 193 yeni yoluxma halı qeydə alınıb.

arrow Ətraflı
Azərbaycanda baş verən yol qəzalarının əsas səbəbləri məlum olub like
  • 21 Noy 11:36  
Digərləri Azərbaycanda baş verən yol qəzalarının əsas səbəbləri məlum olub

2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda baş verən yol-nəqliyyat

arrow Ətraflı
"Bu, fantastikadır" like
  • 21 Noy 11:30  
Digərləri "Bu, fantastikadır"

"O qara təqvimləri artıq bayram günləri əvəz edəcək"

arrow Ətraflı
Xəzərdə zəlzələ olub like
  • 21 Noy 11:26  
Digərləri Xəzərdə zəlzələ olub

Xəzər dənizində zəlzələ olub.

arrow Ətraflı
"Ermənilər Azərbaycanın gücünü düzgün hesablaya bilmədilər" like
  • 21 Noy 11:20  
Siyasət "Ermənilər Azərbaycanın gücünü düzgün hesablaya bilmədilər"

Prezident İlham Əliyevin Ağdamın işğaldan azad olunması münasibətilə x

arrow Ətraflı
Qazax sakini qonşusunu qətlə yetirib like
  • 21 Noy 11:14  
Kriminal Qazax sakini qonşusunu qətlə yetirib

Noyabrın 20-də saat 19 radələrində Qazax rayon sakini Şahquliyev Qəhrəma

arrow Ətraflı
Makronun Qarabağ cəhdi: like
  • 21 Noy 11:08  
Dünya Makronun Qarabağ cəhdi:

Makronun bu açıqlaması məzmun və üslub etibarilə yanlışdır.

arrow Ətraflı
Qələbə Bizimdir! like
  • 21 Noy 11:02  
Siyasət Qələbə Bizimdir!

Artıq 20 ildir ki, noyabr ayının 22-si ölkəmizdə ədliyyə işçilərinin

arrow Ətraflı
“Ermənistan Azərbaycana təkcə döyüş meydanında uduzmayıb..." like
  • 21 Noy 10:50  
Dünya “Ermənistan Azərbaycana təkcə döyüş meydanında uduzmayıb..."

Ermənistan təkcə döyüş meydanında deyil, demoqrafik, informasiya və dipl

arrow Ətraflı
Rusiyanın müdafiə naziri Ermənistana gedib, like
  • 21 Noy 10:44  
Siyasət Rusiyanın müdafiə naziri Ermənistana gedib,

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Yerevana səfər edib.

arrow Ətraflı