2020ci ilin ötən dövrü ərzində 8 müdafiə mövqeyində yeni əsgəriməişət kompleksi tikilib


Siyasət 20 Noy 2020 17:57:00 54 0

2020ci ilin ötən dövrü ərzində 8 müdafiə mövqeyində yeni əsgəriməişət kompleksi tikilib

Naxçıvan Qarnizonu Qoşunlarında hərbi təyinatlı obyektlərin tikintisi, şəxsi heyətin xidməti və mənzil-məişət şəraitinin yaxşılaşdırılması tədbirləri 2020-ci ilin ötən dövrü ərzində də uğurla davam etdirilib. Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində, hərbi şəhərciklərində yeni binalar inşa olunub, istirahət parkları salınıb, hərbi obyektlərdə əsaslı və cari təmir işləri aparılıb.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, hər tərəfdən dağ silsilələri ilə əhatə olunan Naxçıvan Muxtar Respublikasının qışı soyuq və qarlı keçən yüksək dağlıq zonalarında etibarlı müdafiə sistemi qurulub. Çətin dağlıq şəraitdə yerləşən müdafiə mövqelərimizdə şəxsi heyətin nümunəvi xidməti üçün hərtərəfli şərait yaradılıb. Bütün bunların nəticəsidir ki, uca zirvələrin hakimi olan hərbi qulluqçularımız Vətənimizin etibarlı müdafiəsini təmin edirlər. Hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində görülən işlərin davamı olaraq 2020-ci ilin ötən dövrü ərzində 8 müdafiə mövqeyində yeni əsgəri-məişət kompleksi tikilib. Müasir kazarmalarda yaşayan əsgərlərimiz mənəvi-psixoloji ruh yüksəkliyi və vətənpərvərlik hissləri ilə xidmət edirlər. Əsgər Gündüz Mehdizadə bildirdi ki: "3000 metrdən çox yüksəklikdə əsgər yoldaşlarımla birgə ön xətdə xidmət aparırıq. Əsgər yoldaşlarımla biz qardaş kimiyik. Bizim burada rahat şəkildə xidmət aparmağımız üçün hər cür əlverişli şərait yaradılmışdır və biz ayıq-sayıq şəkildə döyüş növbətçiliyini yerinə yetiririk. Azərbaycan Respublikasına xidmət edirəm!"

Əlahiddə Ümumqoşun Ordunun möhkəm müdafiə potensialına malik birinci eşelon bölmələrində inşa olunan binalar keyfiyyətli mebel dəstləri, müxtəlif növ dayanıqlı rabitə, daimi işıq və istilik sistemi ilə təchiz edilib. Əsgər və zabitlərin rahat şəkildə istirahəti, qidalanması və nümunəvi xidməti üçün tikilən hərbi oyektlərdə qış tədarükü görülərək isti geyim, yanacaq, içməli su və ərzaq təminatı yaradılıb.

Yaradılan şəraitdən razılıq edən əsgər Cabbar Cabbarlının fikirləri belə oldu: "Gördüyünüz kimi bizim üçün burada müasir tələblərə cavab verən kazarmada hərbi xidmətimizin təşkili üçün bütün tələblərə cavab verən şərait yaradılmışdır. Biz hər zaman fəxr edirik ki, Vətən müharibəsində qalib gəlmiş müzəffər Azərbaycan Ordusunun əsgərləriyik." Müzəffər Ordumuzun işğal altındakı torpaqlarımızın azadlığı uğrunda həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı ilə qazandığı qələbə hər birimizi qürurlandırdığı kimi əsgərlərimizdə də böyük ruh yüksəkliyi yaradıb. Dövlət-xalq-ordu birliyindən güc alaraq xidmətini davam etdirən əsgərlərimiz qazanılan qələbənin sevincini yaşayırlar. Əsgər Seymur Fərhadlı uca zirvələrdə xidmət aparmağı ilə qürur duyduğunu bildirdi: "Son zamanlar ərzində müzəffər Ordumuzun apardığı uğurlu əməliyyatlar mən və əsgər yoldaşlarımın döyüş əzmini daha da yüksəltmişdir. Bütün Azərbaycan torpaqlarında Azərbaycan bayrağı dalğalanacaq. Qarabağ Azərbaycandır!"

Əsgər Cavidan Şükürzadə deyir ki: "Ayıq-sayıq döyüş növbətçiliyi aparmağımız üçün hər cür şəraitimiz var. Biz burada sadəcə əsgər yoldaşı deyil, bir ailəyik, qardaşıq. Qarşımızdakı düşmənin hər hansı bir təxribatı olarsa onlar qarşılarında bizim kimi cəsur, mərd əsgərlər görəcəklər. Necə ki, Dağlıq Qarabağda gedən döyüşlərdə bizim digər əsgər yoldaşlarımızın cavablarını gördülər. Düşmənin hər hansı bir təxribatına adekvat cavab verməyə hazırıq. Biz fəxr edirik ki, Azərbaycan əsgəriyik. Qarabağ Azərbaycandır!" Yaradılan nümunəvi xidmət şəraitinə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlıq edən Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti ümummilli lider Heydər Əliyev ideyalarına sadiq qalaraq Vətənimizin müdafiəsi və ərazi bütövlüyümüzün təmin olunması yolunda tarixi zəfərlər qazanır.

İşğaldan azad olunan ərazilərdə qurulacaq məktəblərdə like
  • 20 Noy 17:54  
Digərləri İşğaldan azad olunan ərazilərdə qurulacaq məktəblərdə

Təhsil naziri Emin Əmrullayev "Microsoft" korporasiyasının vitse-p

arrow Ətraflı
Ağdam hərbi əməliyyatsız Azərbaycana təhvil verilən ilk ərazi kimi tarixə düşdü like
  • 20 Noy 17:49  
Siyasət Ağdam hərbi əməliyyatsız Azərbaycana təhvil verilən ilk ərazi kimi tarixə düşdü

44 günlük Vətən müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyev ba

arrow Ətraflı
TANAP tam gücünə 2022ci ildə çatacaq like
  • 20 Noy 17:44  
Digərləri TANAP tam gücünə 2022ci ildə çatacaq

"Cənub Qaz Dəhlizi"nin ən uzun hissəsi olan Trans-Anadolu qaz kəm

arrow Ətraflı
SOCARda 2020ci ilin 9 ayının maliyyətəsərrüfat fəaliyyəti müzakirə olunub  FOTO like
  • 20 Noy 17:39  
Digərləri SOCARda 2020ci ilin 9 ayının maliyyətəsərrüfat fəaliyyəti müzakirə olunub FOTO

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə şirkətin 2020-ci ili

arrow Ətraflı
Ağdamın işğaldan azad olunması möhtəşəm bir qələbədir like
  • 20 Noy 17:29  
Digərləri Ağdamın işğaldan azad olunması möhtəşəm bir qələbədir

Ağdamın işğaldan azad olunması möhtəşəm bir qələbədir. Bu gün büt

arrow Ətraflı
Kənan Seyidova generalmayor ali hərbi rütbəsi verilib  SƏRƏNCAM like
  • 20 Noy 17:25  
Siyasət Kənan Seyidova generalmayor ali hərbi rütbəsi verilib SƏRƏNCAM

Prezident İlham Əliyev Kənan Seyidova general-mayor ali hərbi rütbəsinin v

arrow Ətraflı
Sarkisyanın həyat yoldaşı koronavirusdan öldü like
  • 20 Noy 17:24  
Dünya Sarkisyanın həyat yoldaşı koronavirusdan öldü

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın həyat yoldaşı Rita Sar

arrow Ətraflı
Azərbaycan Ordusu Ermənistanı rəzil duruma saldı like
  • 20 Noy 17:21  
Siyasət Azərbaycan Ordusu Ermənistanı rəzil duruma saldı

Bu gün Azərbaycan növbəti şərəfli tarixini yaşayır. Ağdam şəhəri 27

arrow Ətraflı
Polis Akademiyasının yeni rəisi kollektivə təqdim edilib  FOTO like
  • 20 Noy 17:19  
Digərləri Polis Akademiyasının yeni rəisi kollektivə təqdim edilib FOTO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı il

arrow Ətraflı
Əfqanıstan Ağdamın azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib like
  • 20 Noy 17:14  
Siyasət Əfqanıstan Ağdamın azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib

Tarixi bir andır, Ağdam şəhəri 27 illik işğaldan sonra azad edildi. Azər

arrow Ətraflı
İranda koronavirusdan daha 479 nəfər öldü like
  • 20 Noy 17:11  
Dünya İranda koronavirusdan daha 479 nəfər öldü

İranda ötən sutka ərzində 13 260 nəfər koronavirusa (COVID-19) yoluxub.

arrow Ətraflı
Tarixi qələbənin tədrisdə əks etdirilməsi haqqında Fəaliyyət Planı təsdiqləndi like
  • 20 Noy 17:05  
Digərləri Tarixi qələbənin tədrisdə əks etdirilməsi haqqında Fəaliyyət Planı təsdiqləndi

Təhsil Nazirliyinin "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisd

arrow Ətraflı
Prezidentə yazırlar: Qazandığınız hərbisiyasi uğurlarla qürur duyuruq like
  • 20 Noy 16:59  
Siyasət Prezidentə yazırlar: Qazandığınız hərbisiyasi uğurlarla qürur duyuruq

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri üzərində qələbələ

arrow Ətraflı