Birinci vitseprezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Milli Dirçəliş Günü münasibətilə paylaşım edilib


Siyasət 17 Noy 2020 16:18:00 141 0

Birinci vitseprezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Milli Dirçəliş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Milli Dirçəliş Günü münasibətilə paylaşım edilib.

Son.az Trend-ə istinadən bildirir ki, paylaşımda deyilir:

"Bütün Azərbaycan xalqını Milli Dirçəliş Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, həmvətənlərimizin hər birinə möhkəm cansağlığı, sevgi və səadət diləyirəm!

Bu gün bizim hamımızı Vətənimizə ən nurlu, səmimi hisslər, ona, onun uğurlarına, nailiyyətlərinə və qələbələrinə görə qürur duyğuları birləşdirir! Qoy Azərbaycan xalqının həmrəyliyi və dövlət müstəqilliyimiz əbədi olsun! Qoy Azərbaycanda daim sülh, firavanlıq və təhlükəsizlik hökm sürsün! Uca Tanrı xalqımızı və Vətənimizi qorusun!"

Son.az