Ömrünü epizodik rollara sərf etdi, aktrisa olmaq istəyən qızının fotolarını cırdı, can verərkən zarafat etdiyini düşündülər


Kriminal 15 Noy 2020 14:00:00 156 0

Ömrünü epizodik rollara sərf etdi, aktrisa olmaq istəyən qızının fotolarını cırdı, can verərkən zarafat etdiyini düşündülər

Son.az Kulis.az-a istinadən mərhum aktyor Tələt Rəhmanov haqqında maraqlı faktları təqdim edir.

Tələt Əliağa oğlu Rəhmanov 12 dekabr 1931-ci ildə İçərişəhərdə dünyaya gəlib. Ailədə üç övlad olublar, iki oğlan, bir qız. Atası uşaq yaşlarında repressiya qurbanı olub. Ona anası baxıb. Nəsillərində incəsənət aləminə bir tək o maraq göstərib.

***

Gənc yaşlarından kinostudiyada çalışıb, 70-dən çox filmdə müxtəlif rollar canlandırıb. Bunların bir çoxu epizodik rollar olub. Zamanla film direktoru, rejissor assistenti kimi vəzifələrdə də işləyib.

Tələt Rəhmanov fəxri ad almasa da, onun oynadığı rollar tamaşaçıların yaddaşında silinməz iz qoyub... "Qaynana"da Əli, "Sehirli xalat"da "milisoner", "Arşın mal alan"da nökər Vəli, "Uzaq sahillərdə"də xidmətçi, "Kişi sözü"ndə kolxoz sədri Bayandur...

***

Tələt Neft Akademiyasına qəbul olunsa da, dərsə gedəndə ona sən "xalq düşməni"nin oğlusan, daha gəlmə deyirlər. Çarəsiz qalan Tələt Rəhmanov Teatr Texnikumuna daxil olur. Lakin, sonra tale elə gətirir ki, ona və Rəhmanovlara qarşı bu repressiyanı təşkil edən şəxslərdən biri onlarla bir evdə qalır, kinostudiyada da Tələt Rəhmanovla bir yerdə işləyir, lakin aktyor o şəxsə qarşı heç bir sərt reaksiya bildirmir.

Çox mehriban, ünsiyyətcil insan olub. Həyat yoldaşı Minə xanıma çox dəyər verib, Minə xanım da ona sanki övladı kimi, xüsusi qayğıkeşliklə yanaşırmış. Hətta deyilənlərə görə çəkiliş meydançasında aktyorun yeməyini Minə xanım özü gətirirmiş.

***

Çox cəsarətli insan olub. SSRİ daxili işlər nazirinin kabinetində o qədər rahat danışırmış ki, hamı təəccüb edirmiş. Hamının deyə bilmədiyi sözləri, həqiqətləri zarafatla, ya da ciddi şəkildə rahatlıqla deyə bilib.

***

Tələt Rəhmanovun Gülnarə adlı bir qız övladı olub. Gülnarə Rəhmanova 2014-cü ilin iyununda beyin qan sızmasından dünyasını dəyişib. Gülnarə xanımın qızı - Tələt müəllimin nəvəsi Kəmalə və onun iki qardaşı həyatdadır.