Sabunçuda bibisini öldürən gəncin işi ilə bağlı


Kriminal 15 Noy 2020 13:29:00 160 0

Sabunçuda bibisini öldürən gəncin işi ilə bağlı

Bakının Sabunçu rayonunda bibisini öldürməkdə təqsirli bilinən 1991-ci il təvəllüdlü Orxan Allahverdiyevin barəsində bir neçə maddə ilə ittiham elan edilib.

Son.az Teleqraf.com-a istinasən bildirir ki, Sabunçu rayon Prokurorluğunda istintaqı aparılan Orxan Allahverdiyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla dələduzluq törətmək) maddələri ilə ittiham elan edilib.

İstintaq orqanı tərəfindən Orxan Allahverdiyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı Sabunçu rayon Məhkəməsinə vəsatət verilib.

Hakim Əşir Səmədovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanını vəsatəti təmin olunub.

Orxan Allahverdiyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 2 aya qədər uzadılıb.

Qeyd edək ki, bu ilin iyulunda Orxan Allahverdiyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

İttihama görə, bu ilin iyulun 17-də saat 17 radələrində Sabunçu rayonu ərazisində 1958-ci il təvəllüdlü Afət Allahverdiyevanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar olunub.