Hərbi Dəniz Qüvvələrində andiçmə mərasimi keçirilib


Siyasət 15 Noy 2020 12:34:00 131 0

Hərbi Dəniz Qüvvələrində andiçmə mərasimi keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, noyabrın 15-də Hərbi Dəniz Qüvvələrində gənc matrosların andiçmə mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, mərasim Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Gənc matroslar təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.

Sonda şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.