Azərbaycanı müdafiə etdiyinə görə ermənilər fransalı deputata minlərlə təhdid mesajı göndərib


Siyasət 12 Noy 2020 17:48:00 155 0

Azərbaycanı müdafiə etdiyinə görə ermənilər fransalı deputata minlərlə təhdid mesajı göndərib

Azərbaycanın mövqeyini müdafiə etdiyinə görə fransalı deputat ermənilərdən minlərlə təhdid mesajı alıb.

Son.az Trend-ə istinadən bildirir ki, Fransa Milli Assambleyasında Azərbaycanla dostluq qrupunun vitse-prezidenti Jerom Lamber Milli Məclisdə görüş zamanı cəbhədə döyüşlər gedən günlərdə Azərbaycan həqiqətlərini dünyada yaymaq istiqamətində və Fransadakı erməni diasporuna qarşı apardıqları informasiya, eləcə də təbliğat xarakterli işlər barədə danışıb.

O, mətbuatda və sosial mediada yaydığı bir sıra məqalələrlə bağlı ermənilərdən 20 mindən çox mənfi reaksiya, hətta təhdid dolu mesajlar aldığını bildirib.