Paşinyan: Acınacaqlı vəziyyət barədə xalqa tam məlumat verməmişdik, xaos ola bilərdi


Siyasət 12 Noy 2020 15:44:00 153 0

Paşinyan: Acınacaqlı vəziyyət barədə xalqa tam məlumat verməmişdik, xaos ola bilərdi

Araik Arutunyan və mən xaosa səbəb olmamaq üçün acınacaqlı vəziyyət barədə xalqa tam məlumat verməmişdik.

Son.az Trend-ə istinadən bildirir ki, bunu xalqa müraciətində Ermənistan baş naziri Nikol Paşinyan deyib.

Paşinyan bildirib: "Sənədi imzalamadan əvvəl niyə xalqla məsləhətləşmədim? Çünki xalqa acınacaqlı vəziyyət haqqında məlumat versək, ciddi çaxnaşmalar ola bilərdi.

Bu sənədi imzaladıqdan sonra mən yalnız siyasi deyil, həm də fiziki cəhətdən təhdid altında olacağımı bilirdim, amma mənim üçün 25 min əsgərimizin həyatını xilas etmək daha vacib idi".