3000 manat dəyərində ev quşu oğurlayan şəxs tutuldu


Kriminal 12 Noy 2020 14:42:00 207 0

3000 manat dəyərində ev quşu oğurlayan şəxs tutuldu

Sabirabad rayonu ərazisində ev quşları oğurlayan şəxs müəyyən olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 29-da rayon ərazisindəki həyətlərin birindən 3000 manat dəyərində 100 ev quşu oğurlamaqda şübhəli bilinən şəhər sakini Z.Əlizadə saxlanılıb.