"Azıx adamının UNESCOnun siyahısına daxil edilməsinə nail olunmalıdır"


Kriminal 12 Noy 2020 14:20:00 167 0

"Azıx adamının UNESCOnun siyahısına daxil edilməsinə nail olunmalıdır"

Azıx insan düşərgəsindəki Quruçay mədəniyyətinin dərindən öyrənilməsi, Azərbaycan dövlətçilik tarixinin qədim dövrdən başlayaraq ardıcıl və davamlı inkişaf mərhələlərinin daha dolğun və hərtərəfli öyrənilməsinə imkan yaradacaq.

Son.az bildirir ki, bunu Trend-ə AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarlı deyib.

Onun sözlərinə görə, ölkəmizdə Azıx düşərgəsinin və azıxantropun izlərinin olması təsdiq edir ki, bugünkü Azərbaycan ərazisi qədim insanın yaranıb formalaşdığı antropogenez zonalardan biri olub:

"On təbəqədən ibarət olan düşərgə təsdiqləyir ki, əcdadlarımız bəşər tarixinin qədim dövrlərindən başlamış bütün sonrakı inkişaf mərhələlərini burada yaşayıb və mağara etnosuna məxsus məişət, məşğuliyyət sahələrini və mədəni dəyərlərini əks etdirən görüntü, qalıq və çöküntüləri qoruyub saxlamağa nail olublar".

Tarixçi qeyd edib ki, əslində, Quruçay mədəniyyəti dünyada mövcud heç bir əski mədəniyyətin oxşarı deyildir. Azıx adamı dünyadakı üç məlum insan tipinin heç birini təkrarlamır. O, nə Avropa, nə Asiya, nə zənci tipiylə antropoloji oxşarlığa, eyniliyə, qohumluğa malik deyil. Azıx adamı Azərbaycan regionunun, eləcə də Cənubi Qafqazın ilk insanı, bu torpağın ilk sakini və ilk aborigen qədim etnosu idi.

M.Ağalarlının bildirdiyinə görə, müasir texnoloji avadanlıqalr imkan verir ki, Azıx adamının ilkin robotunu, antropoloji strukturunu, boyunu, çəkisini və başqa antropoloji göstəricilərini müəyyənləşdirmək mümkün olsun: