"Türkiyə birgə sülhməramlı missiyada yer alacaq"


Siyasət 12 Noy 2020 13:40:00 158 0

"Türkiyə birgə sülhməramlı missiyada yer alacaq"

Türkiyə Dağlıq Qarabağla bağlı bəyanatda qeyd olunan şərtlərin icrasına nəzarət məqsədilə birgə sülhməramlı missiyada yer alacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib: "Bizim heç kimin haqqında gözümüz olmasa da, öz haqqımızı heç kimə verməyəcəyik. Türkiyə Qarabağda atəşkəsə monitorinq xidməti ilə bağlı razılaşmanın şərtlərinin icrasına nəzarət məqsədilə birgə sülhməramlı missiyada yer alacaq".