"Fransa Dağlıq Qarabağ münaqişəsinin həllində öz obyektivliyini itirib"


Siyasət 12 Noy 2020 10:39:56 137 0

"Fransa Dağlıq Qarabağ münaqişəsinin həllində öz obyektivliyini itirib"

Təəssüflər olsun ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin həllində öz obyektivliyini itirib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

M.Çavuşoğlu bildirib ki, Minsk qrupunun həmsədrlərindən biri olan Fransa təəsüflər olsun ki, Dağlıq Qarabağ münaqişəsinin həllində qərəzli mövqe nümayiş etdirərək açıq şəkildə işğalçı Ermənistana dəstək göstərdi.

Türkiyə XİN rəhbəri bildirib ki, baxmayaraq ki, Azərbaycan Prezidenti İlham Əliyev hər zaman Azərbaycanın sülhə hazır olduğunu bəyan edib və döyüşlər gedən zaman da dəfələrlə bunu bəyan etdi Fransa işğalçı Ermənistanın yanında yer aldı.