Britaniya Qarabağ anlaşmasına münasibət bildirdi


Siyasət 11 Noy 2020 10:12:00 115 0

Britaniya Qarabağ anlaşmasına münasibət bildirdi

Böyük Britaniya Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağa dair sülh razılaşmasından razıdır.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Dominik Raab özünün Tvitter hesabında yazıb.

"Tərəflər qan tökülməsinin qarşısını almaq üçün çətin qərar qəbul ediblər", - Raab bildirib.

Birləşmiş Krallığın xarici işlər naziri qeyd edib ki, bütün tərəflər vətəndaşların rifahı naminə davamlı sülhə nail olmaq üçün birlikdə çalışmalıdırlar.