Müdafiə Nazirliyi: "Cəbhənin Qubadlı istiqamətində düşmən mövqeləri ataraq qaçıb"


Siyasət 06 Noy 2020 13:29:00 135 0

Müdafiə Nazirliyi: "Cəbhənin Qubadlı istiqamətində düşmən mövqeləri ataraq qaçıb"

Cəbhənin Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun atəş zərbələrinə tab gətirə bilməyən düşmən mövqeləri ataraq qaçıb.

Son.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, Ermənistandan gətirilərək müdafiə zolağına yerləşdirilən 556-cı və 522-ci motoatıcı alayların bölmələri onlara tapşırılan hədlərə çıxmayıb.

Eyni zamanda, şəxsi heyət hazırlıqsız, təcrübəsiz və intizamsız olmaqla yanaşı verilən əmr və tapşırıqlara da səhlənkar yanaşıb.