Paytaxtda tarixi binanın bərpasına başlanıb FOTO


Kriminal 06 Noy 2020 12:57:00 158 0

Paytaxtda tarixi binanın bərpasına başlanıb  FOTO

Ötən gün Bakı şəhəri Ələşrəf Əlizadə küçəsi ilə Hacı Zeynalabdin Tağıyev küçələrinin kəsişməsində yerləşən tarixi binanın fasadında aparılmış qanunsuz rəngləmə işləri ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşları tərəfindən operativ tədbirlər həyata keçirilib.

Qurumlardan Son.az-a bildirilib ki, hazirda mütəxəssislər tərəfindən tarixi binanın bərpası üçün onun fasadında təmir-restavrasiya işlərinə başlanılıb.

Görülən tədbirlər nəticəsində binadakı obyektin icarədarı və sahibkara qarşı İnzibati Xətalar Məcəlləsində müəyyən edilmiş maksimum məbləğdə cərimə tətbiq edilərək ciddi xəbərdar olunmuş, ərazi nəzarətə götürülmüşdür.

Qərara alınıb ki, paytaxtda yerləşən tarixi-mədəniyyət abidələlərinin vəziyyətinin öyrənilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin qurumları tərəfindən birgə yoxlmaların keçirilsin.