"Azərbayca Ordusu dünya hərb tarixinə yeni səhifə yazır"


Siyasət 06 Noy 2020 11:26:04 123 0

"Azərbayca Ordusu dünya hərb tarixinə yeni səhifə yazır"

Azərbayca Ordusu dünya hərb tarixini yeni səhifə yazır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

S.Qafarovanın sözlərinə görə, son bir ay ərzində həyata keçirilən hərbi əməliyyatlar göstərir ki, Azərbaycan Ordusu mümkün olmayanı etməyə qadirdir. Sədr bildirib ki, düşmənin uzun illər qurduğu müdafiə xətləri yarılıb, hava hücumundan müdafiə sitemi məhv edilib.

Sədr vurğulayıb ki, erməni şovinizminin bir əsrdən artıqdır ki, xalqımıza qarşı apardığı informasiya müharibəsinə sarsıdıcı zərbə endirilib.

S.Qafarova bildirib ki, Prezident İlham Əliyevin nüfuzlu xarici media qurumlarına müsahibələri erməni faşizminin ifşa edilməsində müstəsna rol oynayır. O bildirib ki, Prezidentin yorulmaz və fədakar fəaliyyəti hər kəsə bir nümunə göstərir.

Sədr əlavə edib ki, torpaqlarımızın tam işğaldan azad ediləcəyi gün uzaqda deyil.