Ağcabədiyə atılan “Smerç” raketinin döyüş başlığı aşkarlandı


Siyasət 04 Noy 2020 13:21:00 152 0

Ağcabədiyə atılan “Smerç” raketinin döyüş başlığı aşkarlandı

Ermənistan silahlı qüvvələri tərəfindən Ağcabədiyə atılmış "Smerç" raketi boş əraziyə düşüb.

ANAMA-dan Son.az-a verilən məlumata görə, raket partlamayıb.

ANAMA-nın əməkdaşları onu yerində zərərsizləşdirib.

Müharibə başlayandan Ağcabədi və Ağdam rayonları ərazisində partlamamış 14 "Smerç" raketi zərərsizləşdirilib.