Qətər Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir


Siyasət 03 Noy 2020 18:02:00 149 0

Qətər Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir

Qətər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində və digər prinsipial məsələlərdə dost və qardaş Azərbaycanın mövqeyini dəstəkləyir.

Trend-ə istinadən bildirir ki, bunu Qətərin ölkəmizdəki səfiri Feysəl Bin Abdullah Əl-Hinzabla noyabrın 3-də Milli Məclisin Sədri Sahibə Qafarova ilə görüşündə deyib.

Qonaq, parlamentlər səviyyəsində əməkdaşlığın daha da dərinləşdirilməsinin dostluq və strateji tərəfdaşlıq münasibətlərimizin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son.az