Xuliqanlıq edən şəxsin üzərindən silah və narkotik çıxdı


Kriminal 02 Noy 2020 19:17:00 186 0

Xuliqanlıq edən şəxsin üzərindən silah və narkotik çıxdı

Astara rayonunun Maşxan kənd sakini E.Məmmədov Rayon Polis Şöbəsinə müraciət edərək şəhər ərazisindəki bazarda Ərçivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elvin Hüseynov tərəfindən döyüldüyünü bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən Elvin Hüseynov saxlanılıb. Onun üzərinə keçirilən şəxsi axtarış zamanı lüləsi kəsilmiş ov tüfəngi, 1 ədəd patron və 3 qram narkotik vasitə tiryək aşkar edilərək götürülüb

Faktla əlaqədar Astara RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.