Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə Qarabağdakı vəziyyəti müzakirə edib
Siyasət 30 Okt 2020 19:06:00 153 0
Rusiya Prezidenti Vladimir Putin Qarabağdakı vəziyyəti RF Təhlükəsizlik Şurasının daimi üzvləri ilə müzakirə edib.
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O deyib: "Qarabağdakı vəziyyətin gedişinə xüsusi diqqət yetirilməklə Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub".
İclasda, həmçinin Rusiyadaxili gündəliyə aid məsələlər də müzakirə edilib.
Son.az
Mənbə: milli.az