MDB dövlətlərinin gömrük orqanlarının qarşılıqlı fəaliyyəti barədə Saziş təsdiqləndi
Siyasət 29 Okt 2020 18:15:00 109 0
Prezident İlham Əliyev "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında" Sazişin təsdiq edilməsi barədə Qanunu imzalayıb.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Qanunla Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının Aşqabad şəhərində keçirilmiş 2019-cu il 31 may tarixli iclasında imzalanmış "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında" Saziş Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə təsdiq edilir.
Son.az
Mənbə: milli.az