Azərbaycanlı aktyor: "Zəngilandan çıxanda anam evin bünövrəsinə beton tökmüşdü ki…" FOTO


Kriminal 23 Okt 2020 07:14:00 162 0

Azərbaycanlı aktyor: "Zəngilandan çıxanda anam evin bünövrəsinə beton tökmüşdü ki…"  FOTO

İlk dəfədir özümə sahib çıxa bilmirəm.

İlk dəfədir ağlaya-ağlaya gülürəm, danışa-danışa susuram.

İlk dəfədir nəfəsim tikə kimi ilişib qalır boğazımda.

İlk dəfədir gözlərimin bu qədər yol çəkdiyini görürəm.

İlk dəfədir bir yaranın 30 illik qaysağının qanadığın görürəm.

Sanki hər şey, hər şey ilk dəfədir...

Budaqdan asılmış son payız yarpağı qədər kövrək,

Son ümid qədər saf,

Tanrı qədər tək,

Peyğəmbər qədər müqəddəs hiss edirəm özümü.

İlk dəfədir bu qədər sevirəm,

İlk dəfədir bu qədər qürur duyuram,

İlk dəfədir bu qədər dua edirəm,

İlk dəfədir var olduğumu hiss edirəm.

Bütün hislərim, bütün varlığım alıb aparır məni.

Çöl düzündə, gün altında yuxu görər kimiyəm,

Yarı diri, yarı ölü kimiyəm.

Mən özündə olmayan, sahibsiz ruh kimiyəm

Bu şeiri Pantomima Teatrının tanınmış aktyoru Bəhruz Vaqifoğlu Zəngilan şəhərinin azad olunması münasibəti ilə yazıb. Son.az bildirir ki, "Yarımçıq xatirələr", eyni zamanda "Həyatımın rolu" adlı Qarabağ müharibəsinə həsr olunmuş filmlərdə qəhrəman obrazları canlandıran aktyor təəssüratlarını publika.az-a bölüşüb.