“Azərbaycan vətəndaşları polislə birgə təxribatlara və terrora qarşı mübarizə aparmalıdır”


Siyasət 20 Okt 2020 22:03:00 68 0

“Azərbaycan vətəndaşları polislə birgə təxribatlara və terrora qarşı mübarizə aparmalıdır”

Azərbaycan vətəndaşları hər zaman öz  polisinin və digər hüquq-mühafizə orqanlarının yanında olmuşdur, onların fəaliyyətinə öz töhfələrini vermişdir, birlik nümayiş etdirərək terrora və bu kimi məkirli niyyəti olanlara qarşı birlikdə mübarizə aparmışdır. Bunu saytımıza açıqlamasında İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyev bildirmişdir.

R.Alıyev hesab edir ki, bu ənənə yenə də davam edəcəkdir: "Cəbhədə rəşadətli ordumuzun uğurlu əks-hücum əməliyyatları və  torpaqlarlarımızın mənfur düşməndən azad olunması davam etməkdədir, demək olar ki, hər gün cəbhədən sevidirici xəbərlər alırıq. Bu xəbərlər  hər bir azərbaycanlını sevindirir və qürurlandırır. Biz inanırıq ki, yaxın günlərdə ərazi bütövlüyümüz tam olaraq təmin olunacaq və işğal altında olan torpaqlarımız erməni terrorçularından təmizlənəcək. Hər bir vətəndaşımız bu gün Ali Baş Komandanın ətrafında sıx birləşib və Ali Baş Komandanımız bir sərkərdə olaraq on milyonluq bir ölkənin vətəndaşlarını öz arxasınca aparmağı bacarır və əlli milyonluq bir xalq cənab İlham Əliyevi öz lideri olaraq qəbul edir. Bu, yüz illərlə təkrar oluna bilməyən bir tarixdir. Bu gün bizə  bu tarixi yaşatdığına görə cənab Prezidentə təşəkkür edirik. Bütün bu tarixi uğurlarımızı qeyd etdiyimiz zamanda mənfur düşmənimiz cəbhədə rəşadətli ordumuzun vurduğu zərbələrə tab gətirə bilməyərək yenə də öz ənənəvi vərdişləri olan terrora üz tutublar.

Bu günlərdə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinə atmış olduqları ballistik raketlər nəticəsində böyük bir terrora imza atmış oldular. Gəncə ilə  yanaşı, digər rayon və şəhərlərimizə də raketlər ataraq terror aktları törətmişdir. Nəticə olaraq 60 mülki vətəndaşımız həlak olmuş və xeyli sayda vətəndaşımız yaralanmışdır. Əlbəttə ki, mülki vətəndaşlarımızı hədəfə alan terrorçu ölkənin atdığı raketlərin hamısı hədəflərinə çatsaydı bu itkilərimiz yüz minlərlə ola bilərdi. Ordumuzun havadan müdafiə sistemləri vasitəsi ilə bu raketlərin böyük əksəriyyəti məhv edilmişdir. Buna  görə də cəbhədə olan uğurlarımıza da tam olaraq sevinə bilmirik, çünki həlak olanların hər biri  bizim üçün doğmadır".

R.Alıyev düşmənın bununla dayanmayacağını düşünür: "Bununla bağlı bu günlərdə  aidiyyəti hüquq-mühafizə  orqanları da bəyanat yaymışdır. Bu gün ölkəmizdə sabitlik hökm sürür, bu sabitliyin olmasında hüquq-mühafizə orqanlarının, xüsusi ilə də polis əməkdaşlarının xidmətləri böyükdür. Bildiyiniz kimi, müharibə şəraitindəyik. Buna görə də cənab Prezident ölkə ərazisində komendat rejiminin tətbiq edilməsi və komendat saatının müəyyən olunması ilə bağlı fərman imzalayaraq Daxili İşlər Nazirini ölkə üzr komendat təyin edib. Bu gün Azərbaycan polisi istirahət etmədən hər gün vətəndaşlarımızın xidmətindədir və onların təhlükəsizliyini qoruyur. Onlar cəbhədə döyüşən igid əsgərlərimiz kimi  rayon və şəhərlərimizdə ictimai asayişin qorunmasında, insanlarımızın təhlükəsizliyinin təmin olunmasında, yarana biləcək terror hadisələrinin qarşısının almasında fədakarlıq göstərirlər. Bu gün həm də Azərbaycan polisi ilə vətəndaşlarımızın bir sınaq dövrüdür. Bütün dövrlərdə birlik nümayiş etdirən polis-vətəndaş münasibətləri bu gün ən yüksək səviyyədədir". R.Alıyev bildirib ki, ölkəmizdə mövcud olan ictimai sabitlik, təhlükəsiz həyat, demək olar ki, bütün dünya dövlətləri tərəfindən yüksək qiymətləndirilmişdir: "Əsrlər boyu ölkəmizdə erməni terrorçuları tərəfindən təxribatlar və terror hadisələri törədilibdir.

Bu terror hadisələri nəticəsində insanlarımız həlak olub və yaralanıblar. Yenidən belə halların baş verməməsi üçün Ali Baş Komandanımızın yanında olmağımızı sübut etməliyik. Polis əməkdaşlarının daha çevik və qətiyyətli çalışması, cəbhədə əsgərlərimizin bizləri xoş xəbərlərlə sevindirmələri üçün qoyulan qaydalara əməl edərək daxildə ictimai-sabitliyi qoruyaraq  hüquq-mühafizə orqanlarının yanında olmalıyıq, onlara dəstək nümayiş etdirməyik. Azərbaycan vətəndaşları polisin yanında olub təxribatlara və terrora qarşı birgə mübarizə aparmalıdır. Biz hər zaman öz polisimizə, dövlətimizə  inanmışıq və bu gün də inanırıq. Əmin ola bilərsiniz ki, Azərbaycan polisi və digər hüquq-mühafizə orqanları ölkə vətəndaşlarının və ölkəmizdə fəaliyyət göstərən beynəlxaq təşkilatların, xarici ölkə səfirliklərinin, xarici vətəndaşların təhlükəsizliyini ən yüksək səviyyədə qorumağa qadirdir. Bizdən isə yalnız bir şey tələb olunur, o da qoyulan qaydalara maksimum səviyyədə riayət etmək, bütün neqativ hallara qarşı birgə mübarizə aparmaqdır".

Tarix yazan qəhrəmanlarımız  Onları tanıyaq  FOTO like
  • 20 Okt 22:02  
Siyasət Tarix yazan qəhrəmanlarımız Onları tanıyaq FOTO

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi

arrow Ətraflı
VPN ilə bağlı əhaliyə xəbərdarlıq like
  • 20 Okt 22:00  
Digərləri VPN ilə bağlı əhaliyə xəbərdarlıq

Mövcud vəziyyətlə bağlı sosial şəbəkələrin istifadəsinə gətirilən

arrow Ətraflı
Dünyanın ilk 6 kameralı smartfonu Huawei Mate 40 Pro ola bilər like
  • 20 Okt 21:55  
Digərləri Dünyanın ilk 6 kameralı smartfonu Huawei Mate 40 Pro ola bilər

Huawei, Huawei Mate 40 modelinin ilk rəsmi görüntüsünü yayımladı ki, bu

arrow Ətraflı
“BEC” hücumlarından illik ziyan 26 milyard dollara çatır like
  • 20 Okt 21:50  
Digərləri “BEC” hücumlarından illik ziyan 26 milyard dollara çatır

"Agari" şirkətinin kiberkəşfiyyat şöbəsinin informasiya təhlü

arrow Ətraflı
Daban hissənin ağrıması, şpor və ya osteofit like
  • 20 Okt 21:45  
Digərləri Daban hissənin ağrıması, şpor və ya osteofit

Əgər dikdaban ayaqqabı geyindikdən sonra sizin ayaqlarınız ağrayırsa, de

arrow Ətraflı
“Xiaomi” avtomatlaşdırılmış zavod tikir like
  • 20 Okt 21:40  
Digərləri “Xiaomi” avtomatlaşdırılmış zavod tikir

"Xiaomi" şirkəti smartfon istehsalını genişləndirmək məqsədil

arrow Ətraflı
Bu 8 qidanın qəbulu xərçəng xəstəliyi riskini azaldır. like
  • 20 Okt 21:25  
Digərləri Bu 8 qidanın qəbulu xərçəng xəstəliyi riskini azaldır.

Aşağıda adları çəkilən 8 qida vasitəsi orqanizmdə xərçəng hüceyrəl

arrow Ətraflı
Yeni “OnePlus 8T” smartfonu təqdim edilib like
  • 20 Okt 21:20  
Digərləri Yeni “OnePlus 8T” smartfonu təqdim edilib

"OnePlus" şirkəti qabaqcıl modelinin "8T" adlandırılmı

arrow Ətraflı
Dırnaqlarınızın tez uzanması və sınmaması üçün... like
  • 20 Okt 21:15  
Digərləri Dırnaqlarınızın tez uzanması və sınmaması üçün...

Aşağıdakı qarışımdan istifadə etməklə siz dırnaqlarınızın tez uzan

arrow Ətraflı
ABŞ üçün “iPhone 12” özəl funksiyaya malikdir like
  • 20 Okt 21:10  
Digərləri ABŞ üçün “iPhone 12” özəl funksiyaya malikdir

Yeni "iPhone 12" modellərinin hamısı olduqca sürətli "5G mmW

arrow Ətraflı
Hansı iPhone'lar rəsmi olaraq satışda qaldı? like
  • 20 Okt 20:55  
Digərləri Hansı iPhone'lar rəsmi olaraq satışda qaldı?

Apple şirkətinin növbəti təqdimatı baş tutdu. Təqdimat zamanı 4 yeni iP

arrow Ətraflı
“Huawei” şirkətinin dünya smartfonlar bazarında payı azalıb like
  • 20 Okt 20:50  
Digərləri “Huawei” şirkətinin dünya smartfonlar bazarında payı azalıb

"Counterpoint Technology Market Research" şirkəti "Huawei"

arrow Ətraflı
Dövlət başçısının apardığı siyasət nəticəsini verdi like
  • 20 Okt 20:43  
Siyasət Dövlət başçısının apardığı siyasət nəticəsini verdi

Bizim indi döyüş meydanında qələbələr qazanmağımız və bu günlər ə

arrow Ətraflı
Ermənistanın cinayətlərinə beynəlxalq birliyin müəyyən dairələri susqunluq nümayiş etdirir like
  • 20 Okt 20:42  
Siyasət Ermənistanın cinayətlərinə beynəlxalq birliyin müəyyən dairələri susqunluq nümayiş etdirir

Təəssüflər olsun ki, Ermənistanın bu gün Azərbaycanın mülki əhalisin

arrow Ətraflı