Düşmən itki verərək geri çəkilib Müdafiə Nazirliyi


Siyasət 20 Okt 2020 19:25:00 78 0

Düşmən itki verərək geri çəkilib  Müdafiə Nazirliyi

Döyüş bölgəsində düşmən bölmələrimizi və yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin Mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib. O bildirib ki, cəbhə bölgəsində Ermənistan silahlı qüvvələləri Azərbaycan-Ermənistan dövlət sərhəddi və yaşayış məntəqlərimizi atəşə tutub. Düşmən Göygöl, Tovuz, Daşkəsəndəki döyüş məntəqələrimiz, Tərtər və Ağdamda mülki şəxsləri atəşə tutub. Hadisə nəticəsində 2 nəfər mülki şəxs həlak olub, 1 nəfər yaralanıb".

A.Eyvazov deyib ki, oktyabrın 19-u və 20-də cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 4 ədəd BM-21 "Qrad" YARS, 1 ədəd D-30 haubitsa topu və 5 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.

Eyni zamanda, məlum olub ki, Azərbaycan Ordusunun endirdiyi artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. Alayın 1-ci motoatıcı taborunun şəxsi heyəti və döyüş texnikası tamamilə sıradan çıxarılıb. Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində 2-ci motoatıcı alayın müdafiə sahəsində düşmənin bir bölməsi döyüş mövqelərini tərk edərək geri çəkilib. 5-ci dağatıcı alayın müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan var.

Füzuli rayonu istiqamətində əks-hücuma keçən düşmən bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində darmadağın edilib.

246-cı alayın müdafiə sahəsində alay komandiri polkovnik Tatul Ğazaryan, alay komandirinin müavini Armen Ohanyan və 3-cü taborun komandiri də xüsusi tədbirlər nəticəsində zərərsizləşdirilib. Azərbaycan Ordusunun cavab atəşi nəticəsində düşmən itki verərək geri çəkilib və nəticədə işğal altında olan 24 kənd və Zəngilan şəhəri azad olunub".

Son.az 

Göygöldə iki avtomobil toqquşub, like
  • 20 Okt 19:24  
Digərləri Göygöldə iki avtomobil toqquşub,

Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib.

arrow Ətraflı
Virusa yoluxma statistikasında dalğalanma hansı səbəbdən baş verir? like
  • 20 Okt 19:15  
Digərləri Virusa yoluxma statistikasında dalğalanma hansı səbəbdən baş verir?

Azərbaycanda son günlər koronavirusla bağlı yoluxma statistikasında dalğa

arrow Ətraflı
Oktyabrın 21də manatın dollara qarşı məzənnəsi like
  • 20 Okt 19:14  
Digərləri Oktyabrın 21də manatın dollara qarşı məzənnəsi

Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məluma

arrow Ətraflı
Koronavirusa yoluxanlarda sonradan hansı fəsadlar ola bilər? like
  • 20 Okt 19:11  
Digərləri Koronavirusa yoluxanlarda sonradan hansı fəsadlar ola bilər?

Koronavirusa yoluxan şəxslərdə sonradan bir sıra fəsadlar, o cümlədən

arrow Ətraflı
Gəncə istiqamətində Ermənistanın PUAsı məhv edilib like
  • 20 Okt 19:10  
Digərləri Gəncə istiqamətində Ermənistanın PUAsı məhv edilib

Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edilib. Müdafiə Nazirl

arrow Ətraflı
Ermənistan qlobal təxribatçıların əlaltısıdır like
  • 20 Okt 19:04  
Siyasət Ermənistan qlobal təxribatçıların əlaltısıdır

Qarabağ münaqişəsi erməni diasporunun və Qərb xüsusi xidmətlərinin mə

arrow Ətraflı
Azərbaycanda qızıl ucuzlaşıb like
  • 20 Okt 18:54  
Digərləri Azərbaycanda qızıl ucuzlaşıb

Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb.

arrow Ətraflı
Kastamonu Universitetində təhsil alan azərbaycanlı gənclərdən Azərbaycan dəstək  FOTO like
  • 20 Okt 18:49  
Siyasət Kastamonu Universitetində təhsil alan azərbaycanlı gənclərdən Azərbaycan dəstək FOTO

Kastamonu Universitetində təhsil alan azərbaycanlı tələbələr Azərbaycan

arrow Ətraflı
Hindistanın Şri Şri Universitetində Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirilib like
  • 20 Okt 18:41  
Siyasət Hindistanın Şri Şri Universitetində Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirilib

Hindistanın Şri Şri Universitetində Azərbaycanın Müstəqillik Günü mün

arrow Ətraflı
"Ermənilər bütün saytlarda və sosial şəbəkələrdə çox aktiv şəkildə bizi izləyir" like
  • 20 Okt 18:39  
Siyasət "Ermənilər bütün saytlarda və sosial şəbəkələrdə çox aktiv şəkildə bizi izləyir"

Düşmən 30 ildir ki, bizim torpaqlarımızda möhkəmlənib. Biz unutmamalıy

arrow Ətraflı
İşğaldan azad olunmuş Zəngilan şəhərinin “Azersky” peykindən əldə edilmiş təsviri like
  • 20 Okt 18:35  
Siyasət İşğaldan azad olunmuş Zəngilan şəhərinin “Azersky” peykindən əldə edilmiş təsviri

Ali Baş Komandan İlham Əliyev bu gün yeni zəfər müjdəsi verib. Zəngilan

arrow Ətraflı
Kamal Kılıçdaroğlu Prezident İlham Əliyevə məktub göndərib like
  • 20 Okt 18:32  
Siyasət Kamal Kılıçdaroğlu Prezident İlham Əliyevə məktub göndərib

Türkiyə Respublikasının Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kıl

arrow Ətraflı
Tapqaraqoyunluda qaz təchizatı bərpa edilir like
  • 20 Okt 18:29  
Digərləri Tapqaraqoyunluda qaz təchizatı bərpa edilir

Cəbhə zonasında yaranmış gərgin vəziyyətlə əlaqədar təhlükəsizlik

arrow Ətraflı
Xudafərinlə bağlı erməni tərəfinin yaydığı məlumat dezinformasiyadır like
  • 20 Okt 18:25  
Siyasət Xudafərinlə bağlı erməni tərəfinin yaydığı məlumat dezinformasiyadır

Ermənistan müdafiə nazirliyinin guya döyüşlərin Xudafərin istiqamətind

arrow Ətraflı