"Ermənistanın bu vandalizminə "dur" deyilməlidir"


Siyasət 18 Okt 2020 15:31:00 71 0

"Ermənistanın bu vandalizminə "dur" deyilməlidir"

"Ermənistan silahlı qüvvələri dünən gecə saat 01:00 radələrində Gəncə şəhərini yenidən atəşə tutub. Baş Prokurorluğun son məlumatına görə, hadisə nəticəsində 13 nəfər həlak olub, 45-dən artıq şəxs yaralanıb. Eyni zamanda çoxsaylı mülki infrasturuktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Bu xəbəri də oxu: Paşinyanın ƏZAB SƏHNƏLƏRİ

Düşmənin getdikcə azğınlaşdığı göz önündədir. Gəncədəki mülki vətəndaşlarımız ikinci dəfə eyni dəhşəti, vəhşəti yaşadılar. Ermənistan rəhbərliyi hər zamankı kimi atəşkəs qaydalarını, beynəxalq hüquq normalarını heçə sayır. Lakin düşmən törətdiyi hərbi cinayətlərə görə layiqli cavabını almır. Səbəbi isə bəllidir: "Haqq carçısı" olan beynəxalq qurumlar "ağızlarına su alıb oturublar ". Məhz buna görə getdikcə azğınlaşan ermənilər istədikləri kimi "at oynadırlar"".

Son.az Trend-ə istinadən bildirir ki, bunu deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, dünən gecə saatlarında mənfur düşmən Gəncəni yenidən vuraraq günahsız əhalini qətlə yetirdi. Ermənistanın davamlı olaraq mülki vətəndaşlarımızı qətlə yetirdiyini deyən deputat vurğulayıb ki, baş verənlərdə beynəlxalq qurumların və xarici dövlətlərin də üzərinə böyük məsuliyyət düşür. Parlament üzvü qeyd edib ki, Ermənistanın bu iyrənc əməllərinə "dur" deyilməlidir:

"Fəaliyyətimizi hüquqi müstəvidə qurmalı, düşmənin xain əməllərini pisləməliyik və eyni səhvləri təkrarlamaı deyilik. Ermənistanın məqsədi münaqişəyə üçüncü dövlətləri cəlb etməkdir.

Buna heç cür imkan vermək olmaz. Onsuz da düşmənin cəzasını ordumuz verir. Təbliğatımızı xarici dillərdə aparmaq çox vacibdir. Sosial şəbəkələrdə erməni yalanlarının ifşası istiqamətində işimizi gücləndirməliyik.

Dövlət qurumları öz işini görür. Bu cinayətlər sənədləşdirilib aktlaşdırılır, müvafiq şəkillər çəkilir və protokollar tərtib olunur. Davamlı olaraq beynəlxalq qurumlara müraciətlər edilir. Ermənistan rəhbərliyi törətdiyi cinayətə görə mütləq cəzalandırılacaq".

Deputat deyib ki, Ermənistanın belə cinayətlərinin məqsədi xalqımızın əzmini qırmaq, döyüş ruhunu azaltmaq, həmrəyliyi pozmaqdır: "Lakin buna nail ola bilməyəcəklər. Belə hadisələr millətimizin əzmini daha da gücləndirəcək.Beynəlxalq qurumlar bu məsələyə ciddi reaksiya verməlidirlər.

O dövlətlər ki, Azərbaycana müharibənin dayandırılmasını deyirdilər. İndi onlar ermənilərə deməlidirlər ki, insanlığa qarşı olan bu cinayəti dayandırsınlar.

Ermənistan bu əməlləri ilə daha çox özünə ziyan vurmuş olur, beynəlxalq aləmdə imicini korlayır. Heç kimi bizi haqq işimizin müdafiəsindən çəkindirə bilməz. Azərbaycan torpaqlarını işğaldan azad edəcək".

Düzdür, ermənilər bunu həzm edə bilmədikləri üçün davamlı olaraq Azərbaycana qarşı təxribat törədirlər. Lakin bu əməllər bizi haqq yolumuzdan döndərə bilməz!".

Son.az 

Siqaret çəkənlərin menyusuna: like
  • 18 Okt 15:24  
Digərləri Siqaret çəkənlərin menyusuna:

Düzgün qidalanma ilə siqareetin zərərli təsirlərindən az da olsa qorumaq

arrow Ətraflı
Müsəlmanlar Qarabağın işğaldan azad edilməsini dəstəkləməlidirlər like
  • 18 Okt 15:17  
Siyasət Müsəlmanlar Qarabağın işğaldan azad edilməsini dəstəkləməlidirlər

Müsəlmanlar Azərbaycanın Dağlıq Qarabağının işğaldan azad edilməsini

arrow Ətraflı
Məktəblilər üçün ən yaxşı qəlyanaltı: “Fıstıq əzməli bayquşlar” like
  • 18 Okt 15:10  
Digərləri Məktəblilər üçün ən yaxşı qəlyanaltı: “Fıstıq əzməli bayquşlar”

Dərslərin başlaması ilə anaların qayğıları da artır. Azyaşlı uşaqla

arrow Ətraflı
Azərbaycanda son sutkada 647 nəfər COVID19a yoluxub, 134 nəfər sağalıb, 3 nəfər vəfat edib like
  • 18 Okt 15:08  
Digərləri Azərbaycanda son sutkada 647 nəfər COVID19a yoluxub, 134 nəfər sağalıb, 3 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 647 yeni yolu

arrow Ətraflı
Ad gününü keçirə bilməyən Nigar 10cu sinif şagirdi idi like
  • 18 Okt 15:02  
Digərləri Ad gününü keçirə bilməyən Nigar 10cu sinif şagirdi idi

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın Gəncə şəhərinə atdığ

arrow Ətraflı
Arıqladan sirkəli sarımsaq turşusu like
  • 18 Okt 14:56  
Digərləri Arıqladan sirkəli sarımsaq turşusu

Pəhriz siyahılarının məşhur menyularından olan alma sirkəli sarımsaq tu

arrow Ətraflı
Ermənistana məxsus daha bir PUA məhv edildi like
  • 18 Okt 14:45  
Siyasət Ermənistana məxsus daha bir PUA məhv edildi

Oktyabrın 18-i saat 13:00-da Horadiz istiqamətində uçuşlar keçirməyə cə

arrow Ətraflı
Koronavirusa qarşı yeni effektli dərman tapıldı like
  • 18 Okt 14:42  
Digərləri Koronavirusa qarşı yeni effektli dərman tapıldı

Honqkonq Universitetinin alimləri COVİD-19-un müalicəsi üçün yeni antivir

arrow Ətraflı
Gəncədə dağılmış evlərdə axtarışxilasetmə işləri yekunlaşıb like
  • 18 Okt 14:34  
Siyasət Gəncədə dağılmış evlərdə axtarışxilasetmə işləri yekunlaşıb

Xəbər verildiyi kimi, humanitar atəşkəs rejimini kobudcasına pozmaqda dava

arrow Ətraflı
Azərbaycan əsilli türk model də Azərbaycana dəstək oldu like
  • 18 Okt 14:28  
Digərləri Azərbaycan əsilli türk model də Azərbaycana dəstək oldu

Türkiyənin məşhur modeli Çağla Şıkel Azərbaycana dəstəyini nümayiş

arrow Ətraflı
Qırğızıstan portalları: Ermənistanın Gəncəni raket atəşinə tutması müharibə cinayətidir like
  • 18 Okt 14:21  
Siyasət Qırğızıstan portalları: Ermənistanın Gəncəni raket atəşinə tutması müharibə cinayətidir

Qırğızıstanın goldenbridgenews.com və turktoday.info portalları Ermənist

arrow Ətraflı
“O, satılmış adamdır!” like
  • 18 Okt 14:14  
Kriminal “O, satılmış adamdır!”

Son.az bildirir ki, Kulis.az yazıçılarımız arasında məşhur türk yazar

arrow Ətraflı
Azərbaycan əsgəri ermənilərin xüsusi təyinatlılarının mövqelərini ələ keçirdi like
  • 18 Okt 14:08  
Siyasət Azərbaycan əsgəri ermənilərin xüsusi təyinatlılarının mövqelərini ələ keçirdi

Ermənistan silahlı qüvvələrinin son qüvvə kimi səngərlərə atdığı x

arrow Ətraflı
Kişilər niyə kökəlir? like
  • 18 Okt 14:07  
Digərləri Kişilər niyə kökəlir?

Arıqlamaq, artıq çəkidən xilas olmaq yəqin ki, artıq çəkidən xilas olm

arrow Ətraflı
Ermənilər Tərtəri atəşə tutdu, orta məktəb dağıldı like
  • 18 Okt 14:00  
Siyasət Ermənilər Tərtəri atəşə tutdu, orta məktəb dağıldı

Erməni silahlı qüvvələri Tərtər rayonunu yenidən atəşə tutub.

arrow Ətraflı