Cəbhədən SON XƏBƏRLƏR


Siyasət 29 Sen 2020 12:16:00 184 0

Cəbhədən SON XƏBƏRLƏR

12:16

Son.az Trend-ə istinadən bildirir ki, nazirik rsəmisi bildirib ki, Azərbaycan Ordusunun ard-arda uğurlu döyüş əməliyyatlarından çıxılmaz vəziyyətə düşən Ermənistanın hərbi təbliğat maşını informasiya məkanında genişmiqyaslı təxribata başlayıb, həmişə olduğu kimi əvvəlki döyüşlərdən olan köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir:

"Məqsəd öz uğursuzluqlarını əhalisinə uğurları kimi təqdim etməkdir. Bunu da qeyd edim ki, səhər saatlarından etibarən Füzuli şəhərinin işğaldan azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir. Qələbə bizimlədir".

---------- 12:04

Azərbaycan Silahklı Qüvvələrinin əks hücum əməliyyatı davam edir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu bu gün mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, düşmən Azərbaycanın Daşkəsən rayonu ərazisində yaşayış məntəqələrini atəşə tutulub: "Ordumuzun döyüş əzmi yüksəkdir. Silahlı Qüvvələrimizin əks hücum həmləsi nəticəsində Ermənistan Silahlı Qüvvələrinin çoxlu sayda canlı qüvvə və texnikaları məhv edilib. Düşmən Daşkəsən rayonu ərazisində yasşayış məntəqələrini atəşə tutmaqda davam edir. Bununla bağlı adekvat tədbirlər görüləcək".

A.Eyvazov bilıdirib ki, Ordumuzun əks hücum əməliyyatı davam edir: "Azərbaycan Ordusunun apardığı əks hücum nəticəsində düşmənin atəş nöqtələri və digər hərbi obyektləri dağıdılıb. Erməni bölmələrinin bütün təxribatlarının qarşısı alınır. Ağdərə istiqamətində düşmən bölmələrinə ağır zərbələr endirilib. Düşmən geri çəkilib. Düşmənin Ağdərə istiqamətində yerdəyişmə etməsi zamanı 1 tank, bir hərbi avtomobil, Füzuli rayonunda dəqiq atəşlə 4 tankı məhv edilib. Ermənilərin 3-cü "Martuni" motoartıcı alayı darmadağın edilib, ermənilər meyitləri daşımaq üçün nəqliyyat vasitəsi üçün əhaliyə müraciət edib".