Vaqif Dərgahlı: "Hərbi Hava Qüvvələrimizin aviasiya vasitələrinin tərkibində F16 qırıcıları mövcud deyil"


Siyasət 29 Sen 2020 09:45:00 188 0

Vaqif Dərgahlı: "Hərbi Hava Qüvvələrimizin aviasiya vasitələrinin tərkibində F16 qırıcıları mövcud deyil"

Hərbi Hava Qüvvələrimizin aviasiya vasitələrinin tərkibində F-16 qırıcıları mövcud deyil.

Son.az bildirir ki, Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

Ermənistan tərəfinin guya Hərbi Hava Qüvvələrimizə məxsus F-16 qırıcısının vurulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır:

"Bildiririk ki, Hərbi Hava Qüvvələrimizin arsenalında F-16 tipli qırıcı təyyarələr mövcud deyil. Bu səbəbdən erməni tərəfinə xatırladırıq ki, olmayanı məhv etmək mümkün deyil".