Qazaxıstan və Azərbaycan səhiyyə turizmi sahəsində əməkdaşlığı gücləndirir


Siyasət 25 Sen 2020 20:37:00 188 0

Qazaxıstan və Azərbaycan səhiyyə turizmi sahəsində əməkdaşlığı gücləndirir

Qazaxıstanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə Qazaxıstanın Milli Kurort Assosiasiyası Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitiutu və Naxçıvandakı "Duzdağ" Fizioloji Mərkəzi ilə səhiyyə sahəsində ikitərəfli əlaqələrin inkişafı məqsədilə əməkdaşlıq və qarşılıqlı fəaliyyət barədə memorandumlar imzalayıb.

Son.az Trend-ə istinadən bildirir ki, memorandumların məqsədi səhiyyə turizmi, sanatoriya-kurort müalicəsi sahələrində əməkdaşlığın inkişafı, yeni tibbi-bioloji texnologiyalar və biotibbi tədqiqatlar sahəsində təcrübə mübadiləsi, sağlamlaşdırma sahəsində treninq proqramlarının keçirilməsidir.

Bundan başqa, imzalanmış sənədlər Qazaxıstanla Azərbaycan arasında iki ölkənin sanatoriyalarında sağlamlıq-müalicə prosedurlarına yollanan turist axınının artmasına xidmət edəcək.

Son.az