Xarici işlər naziri: GürcüstanAzərbaycan humanitar münasibətləri genişlənməkdə davam edəcək


Siyasət 24 Sen 2020 17:52:00 170 0

Xarici işlər naziri: GürcüstanAzərbaycan humanitar münasibətləri genişlənməkdə davam edəcək

Gürcüstan-Azərbaycan humanitar münasibətləri genişlənməkdə davam edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Gürcüstanın Xarici işlər naziri David Zalkaliani azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşünün yekununda deyib.

O, Qax rayonunda gürcü məktəb və teatrının bərpa olunmasında dəstəyə görə Azərbaycana minnətdarlığını ifadə edib.

C.Bayramov öz növbəsində bildirib ki, ötən il iki ölkə arasında humanitar sahədə fəaliyyət planı hazırlansa da bu, pandemiya ilə əlaqədar təxirə salınıb.