Opera səhnəmizin "Nigar"ı


Kriminal 23 Sen 2020 16:30:00 77 0

Opera səhnəmizin "Nigar"ı

Bu xəbəri də oxu: Nizami Kino Mərkəzindən etiraz

SSRİ Xalq artisti Firəngiz Əhmədovanın anadan olmasından 92 il ötür

Müasir Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrindən olan Firəngiz Əhmədovanın milli musiqinin inkişafında mühüm xidmətləri vardır. Özünün unikal tembrli, geniş diapazonlu, güclü və məlahətli səsi ilə seçilən sənətkar klassik opera səhnəmizin ilk qadın ifaçılarından biri idi. Onun yaradıcılığı yüksək ifaçılıq qabiliyyəti və orijinal aktyorluq məharəti ilə səciyyələnərək ölkəmizin vokal sənəti tarixində silinməz izlər qoyub. Firəngiz xanım opera səhnəmizdə Azərbaycan və dünya klassiklərinin şah əsərlərində aparıcı partiyaların mahir ifaçısı kimi şöhrət tapıb, musiqi salnaməmizə yeni parlaq səhifələr yazmağa müvəffəq olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu gün görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Firəngiz Əhmədovanın anadan olmasının 92-ci ildönümü tamam olur.

Firəngiz Əhmədova 1928-ci il sentyabrın 23-də Bakı şəhərində anadan olub. Orta məktəbi başa vurduqdan sonra Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyub. Sonralar o, təhsilini davam etdirərək 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib.

Firəngiz Əhmədova əmək fəaliyyətinə gənc yaşlarından başlayıb. O, 1946-1951-ci illərdə Azərbaycan radiosu xorunun, 1951-1988-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, 1989-1997-ci illərdə isə həmin teatrda ustad dərslərini aparıb.

Lirik-dramatik soprano səs tembrinə malik müğənni Üzeyir Hacıbəylinin "Koroğlu" operasında Nigar, Müslüm Maqomayevin "Şah İsmayıl"ında Gülzar, "Nərgiz"də Nərgiz, Fikrət Əmirovun "Sevil"ində Sevil və başqa partiyaların mahir ifaçılarından olub.

Firəngiz Əhmədovanın yaratdığı və hər zaman dolğunluğu, yetkinliyi, təbiiliyi ilə seçilən obrazlar Azərbaycan mədəniyyətinin qızıl fonduna əbədi daxil olub. Opera sənətində yüksək uğurlar əldə edən Firəngiz xanım, həmçinin müxtəlif kamera əsərlərinin və romansların bənzərsiz ifaçısı olaraq da tanınıb. Onun Azərbaycan radiosu xorunun solistliyindən görkəmli opera müğənnisi səviyyəsinə qədər keçdiyi böyük yaradıcılıq yolu sənətə sonsuz sədaqət, vətənə və xalqa fədakar xidmət məktəbi olub. Milli vokal məktəbinin ənənələrini qoruyub saxlamaqla oynadığı rolların xüsusiyyətlərini dərindən duyması və onlara özünəməxsus tərzdə səhnə həyatı verməsi sayəsində Firəngiz xanım musiqisevərlərin rəğbət və məhəbbətini qazanıb.

Uzun illər ərzində Firəngiz Əhmədova dərin tarixi köklərə malik Azərbaycan ifaçılıq məktəbinin inkişafı naminə istedad və bacarığını əsirgəməyib. O, ölkəmizin hüdudlarından uzaqlarda dünyanın mötəbər konsert salonlarındakı çıxışları ilə Azərbaycan mədəniyyətini layiqincə təmsil edib.

Jurnalistə 11 il sonra vəzifə verildi like
  • 23 Sen 16:25  
Digərləri Jurnalistə 11 il sonra vəzifə verildi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elektron informasiya sektorunu

arrow Ətraflı
Bu videolar faciəyə səbəb olur: like
  • 23 Sen 16:19  
Digərləri Bu videolar faciəyə səbəb olur:

Bir müddətdir artıq çellenclər "İnstagram" və "Tik-tok&quo

arrow Ətraflı
Bakıda mağazadan 6 min manat oğurlandı like
  • 23 Sen 16:14  
Kriminal Bakıda mağazadan 6 min manat oğurlandı

Bakıda mağazalardan oğurluq edən şəxslər saxlanılıb.

arrow Ətraflı
Prezident İlham Əliyev: İkinci mərhələ Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır like
  • 23 Sen 16:08  
Siyasət Prezident İlham Əliyev: İkinci mərhələ Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Ə

arrow Ətraflı
Rasim Quliyev: "Sülh istəyirsənsə, müharibəyə hazır olmalısan" like
  • 23 Sen 16:07  
Siyasət Rasim Quliyev: "Sülh istəyirsənsə, müharibəyə hazır olmalısan"

Son.az SİA "Resurs" Analitik İnformasiya Mərkəzinin rəhbəri Rasi

arrow Ətraflı
"Yoluxma artsa da, uşaqlar dərsə getməlidirlər" like
  • 23 Sen 16:03  
Digərləri "Yoluxma artsa da, uşaqlar dərsə getməlidirlər"

Yeni təhsil ilində COVİD-19 epidemiyası ilə əlaqədar distan təhsil siste

arrow Ətraflı
Vaksinin ölkədə istehsal edilməsi istiqamətində işlər aparılır like
  • 23 Sen 15:52  
Digərləri Vaksinin ölkədə istehsal edilməsi istiqamətində işlər aparılır

Aparılan araşdırmalara əsasən, ilkin mərhələdə əhlinin 20 faizinə kor

arrow Ətraflı
Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət necədir? like
  • 23 Sen 15:46  
Digərləri Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət necədir?

Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət stabildir.

arrow Ətraflı
Azərbaycanda koronavirusa qarşı peyvənd kimlərə vurulacaq? like
  • 23 Sen 15:40  
Digərləri Azərbaycanda koronavirusa qarşı peyvənd kimlərə vurulacaq?

Azərbaycanda koronavirusa qarşı peyvəndin kimlərə vurulacağı ilə bağl

arrow Ətraflı
Ermənistan müharibəyə hazırlaşır: düşmən bütün istiqamətlərdə fəallaşıb like
  • 23 Sen 15:37  
Siyasət Ermənistan müharibəyə hazırlaşır: düşmən bütün istiqamətlərdə fəallaşıb

Son.az Trend İnformasiya Agentliyinə istinadən рolitoloq Elçin Alıoğlun

arrow Ətraflı
Prezident İlham Əliyev: Balaxanı dünya mətbuatında özünə yer tapıb və bu, hələ başlanğıcdır like
  • 23 Sen 15:36  
Siyasət Prezident İlham Əliyev: Balaxanı dünya mətbuatında özünə yer tapıb və bu, hələ başlanğıcdır

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Ə

arrow Ətraflı
Dilorom Fayziyeva: Beynəlxalq təşkilatlarda Azərbaycanın güclü və müstəqil yeri var  FOTO like
  • 23 Sen 15:35  
Siyasət Dilorom Fayziyeva: Beynəlxalq təşkilatlarda Azərbaycanın güclü və müstəqil yeri var FOTO

Sentyabrın 23-də Milli Məclisin Azərbaycan-Özbəkistan parlamentlərarası

arrow Ətraflı
“Məşhur olmaq üçün onu öldürdüm”  FOTO like
  • 23 Sen 15:30  
Digərləri “Məşhur olmaq üçün onu öldürdüm” FOTO

"The Beatles"in qurucularından olan Con Lennonun qatili Mark Çepmen

arrow Ətraflı
Paytaxtda abadlaşdırılan növbəti həyətlər sakinlərin istifadəsinə verilib like
  • 23 Sen 15:27  
Digərləri Paytaxtda abadlaşdırılan növbəti həyətlər sakinlərin istifadəsinə verilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi

arrow Ətraflı