Bakıda "Qalaaltı" kafesində qətl törədən şəxsin işi məhkəməyə göndərildi


Kriminal 23 Sen 2020 12:34:00 138 0

Bakıda "Qalaaltı" kafesində qətl törədən şəxsin işi məhkəməyə göndərildi

Bakıda qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərilib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə martın 12-i saat 03:30 radələrində paytaxtın Nəsimi rayon ərazisində yerləşən "Qalaltı" kafesində qeydə alınıb.

Gədəbəy rayon sakini, 1989-cu il təvəllüdlü Gəncağa İbrahimov kefedə naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb. Yaralı xəstəxanada dünyasını dəyişib.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Quba rayon sakini, 1984-cü il təvəllüdlü Natiq Ələkbərov saxlanılıb, bıçaq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürm) maddəsi ilə cinayət işi başlanılıb.

N.Ələkbərov barəsə başlanmış cinayət işinin istintaqı yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə prosesinə hakim Mirzə Xankişiyev sədrlik edəcək.