Ceyhun Bayramov Gürcüstana səfər edəcək


Siyasət 22 Sen 2020 15:58:00 145 0

Ceyhun Bayramov Gürcüstana səfər edəcək

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 23-də Gürcüstana səfər edəcək.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Gürcüstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, səfər çərçivəsində iki ölkə arasında iqtisadi əməkdaşlıq, o cümlədən münasibətlərin və əməkdaşlığın dərinləşdirilməsi, eyni zamanda iki ölkə arasında reallaşdırılan qarşılıqlı layihələr müzakirə ediləcək.