Ailədə mübahisə qanla bitdi:


Kriminal 19 Sen 2020 11:55:00 181 0

Ailədə mübahisə qanla bitdi:

Sentyabrın 16-da Şamaxı rayonu ərazisində rayon sakini Xanım Teymurovaya çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Şamaxı Rayon Prokurorluğundan Son.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri Elton Hüseynovun ailə-məişət münasibətləri zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Xanım Teymurovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Elton Hüseynov təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.