Azərbaycanlı aktyorunun evi qarət edildi FOTO


Kriminal 18 Sen 2020 03:30:00 164 0

Azərbaycanlı aktyorunun evi qarət edildi  FOTO

Akademik Milli Dram Teatrının tanınmış aktyoru Ramin Şıxəliyevin evindən oğurluq olub.

Son.az bildirir ki, ölkə.az-ın əldə etdiyi məlumata görə, aktyorun Əmircan qəsəbəsindəki mənzili ötən gecə qarət edilib.

Aktyor mənzilindən oğurluq edilməsi barədə danışıb. Şıxəliyev bildirib ki, hadisə sentyabrın 14-də baş verib:

"Təxminən altı aydır ki, ailə üzvlərim Lerik rayonundadırlar. Mən isə çəkilişlərə görə burada qalmışam. Sentyabrın 14-də səhər saat 9-da çəkilişə getmişəm. Axşam 11-ə 10 dəqiqə işləmiş evə gələndə gördüm ki, oğurluq olub".

Şıxəliyevin sözlərinə görə, mənzildən həyat yoldaşına məxsus ümumi dəyəri iki min manat olan zinət əşyaları, 200-300 manat dəyərində olan geyimlər aparılıb: "Evə pəncərədən daxil oluyblar. Artıq övladlarıma görə çox narahatam. Özümlə bağlı elə bir qorxum yoxdur. Axşam elə həmin dağınıq vəziyyətdə olan evdə yatdım".

R.Şıxəliyev bildirib ki, hadisəylə bağlı  Suraxanı Rayonu Polis İdarəsinin 31-ci polis bölməsinə məlumat verib.