Ermənistanın işğalçılıq siyasəti Niderland ictimaiyyətinin nəzərinə çatdırılıb


Siyasət 16 Sen 2020 12:47:00 73 0

Ermənistanın işğalçılıq siyasəti Niderland ictimaiyyətinin nəzərinə çatdırılıb

Niderlandda Azərbaycan Evi təşkilatının Xristian-Demokrat Çağırışı (CDA) Partiyasının və Elektron Sərhədlər Fondunun (EFF) Haaqadakı beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları Anton Veykhuys, Astrid Frey, Hege Knaven, Daniel Franken ilə videogörüşü keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Son.az-a verilən məlumata görə, Anton Veykhuysun giriş sözü ilə açdığı tədbirdə Niderlandda Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli çıxış edib. Ermənistanın 1988-ci ildən Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti, Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsində Rusiya amili, Avropa dövlətlərində ermənilərin "Asala" terror təşkilatının adının yazıldığı geyimlərdə sərbəst dolaşması, Avropa mediasında Dağlıq Qarabağ bölgəsi barədə birtərəfli və qərəzli məqalələrin dərc edildiyi kimi məsələlərə diqqəti cəlb edən Elxan Mirhəşimli deyib ki, müstəqil Azərbaycan dövləti beynəlxalq hüquq normalarına və qanunlara uyğun olaraq işğala son qoyulmasını tələb edir.

Ermənistan silahlı qüvvələrinin 12 iyul təxribatını xatırladan natiq qeyd edib ki, Azərbaycanın Tovuz istiqamətindəki dövlət sərhəddinə xaincəsinə edilmiş hücum ölkəmizdən Avropaya tranzit daşınmaları yerinə yetirən qaz, neft, dəmir yolu xətlərini ələ keçirmək niyyəti güdürdü. "Nəticədə Azərbaycan ordusunun 12 nəfər əsgər və yüksək rütbəli hərbçiləri, 1 nəfər mülki vətəndaşı şəhid oldu. Ermənistan sülhsevər deyil, təcavüzkar və işğalçı siyasət yürüdür. Ermənistanın işğalçı siyasətinə son qoyulmasını, Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad olunmasını, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün təmin edilməsini, qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına dönməsini tələb edirik. Biz istəyirik ki, Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin bu münaqişə ilə bağlı qəbul etdiyi qətnamə və qərarlar yerinə yetirilsin", - soydaşımız vurğulayıb.

O, Avropanın bir sıra ölkələrinin hələ də Ermənistanın işğalçı siyasətinə göz yummasını, bu faşist mahiyyətli təcavüzkar dövləti himayə etməsini yolverilməz hal adlandırıb.

Asrtid Freyin "Sizin və eləcə də ermənilər üçün Qarabağ niyə bu qədər önəmlidir? Qarabağın təbii sərvətləri varmı?" sualını həmvətənimiz belə cavablandırıb: "Qarabağda neft və qaz kimi təbii sərvət yoxdur. Biz yaşadığımız torpağı təkcə təbii sərvətinə görə sevmirik. Bu torpaqlar bizim ata-baba torpaqlarımızdır. Ermənilər bizim torpaqlarda bizimlə birlikdə yaşamaq istəmirlərsə, gedib Ermənistanda yaşaya bilərlər. Onların bir dövləti var və bizim torpaqlarımızda ikinci Ermənistan dövlətinin yaradılmasına izn verə bilmərik. Hər hansı bir dövlətdə, deyək ki, Niderlandda ermənilər toplum halında yaşayırsa, bu o demək deyil ki, onlar orada yeni bir erməni dövləti qurmalıdır".

Sonda Qarabağ həqiqətlərinin olduğu kimi Niderland ictimaiyyətinə catdırılması məqsədilə yerli siyasi, ictimai və media nümayəndələrinin Azərbaycan icmasının fikrini öyrənməsinin vacibliyi vurğulanıb: "Niderland siyasətçilərinin və media nümayəndələrinin birtərəfli mövqe tutmaması üçün bizim də fikrimiz öyrənilməli, gerçəkliyi çatdırmaq üçün bizə də şərait yaradılmalıdır", - deyə E.Mirhəşimli bildirib.

Vaqif Axundov “Şöhrət” ordeni ilə təltif edildi like
  • 16 Sen 12:44  
Siyasət Vaqif Axundov “Şöhrət” ordeni ilə təltif edildi

Prezident İlham Əliyev Vaqif Axundovun "Şöhrət" ordeni ilə təlt

arrow Ətraflı
“Kamaz” sürücüsü sükan arxasında vəfat etdi like
  • 16 Sen 12:42  
Digərləri “Kamaz” sürücüsü sükan arxasında vəfat etdi

Qaxda sürücü sükan arxasında dünyasını dəyişib.

arrow Ətraflı
Boşandıqları deyilən Aynişan ilk dəfə Kənanın görüntülərini yaydı  FOTO like
  • 16 Sen 12:31  
Şou-biznes Boşandıqları deyilən Aynişan ilk dəfə Kənanın görüntülərini yaydı FOTO

Bir müddət öncə boşanma xəbəri ilə gündəmə gələn Aynişan və Kəna

arrow Ətraflı
Azərbaycanlı jurnalist yeni görkəmdə  FOTO like
  • 16 Sen 12:25  
Şou-biznes Azərbaycanlı jurnalist yeni görkəmdə FOTO

Tanınmış jurnalist, teleaparıcı Tahirə Məmmədqızı maraqlı görünüş

arrow Ətraflı
ÜSTdən məktəblərin açılması ilə bağlı like
  • 16 Sen 12:24  
Digərləri ÜSTdən məktəblərin açılması ilə bağlı

Payız fəslində məktəblərin yenidən açılması, qrip mövsümünün başl

arrow Ətraflı
Pirallahıda yolların yenidən qurulmasına 1,4 milyon manat ayrılıb like
  • 16 Sen 12:23  
Siyasət Pirallahıda yolların yenidən qurulmasına 1,4 milyon manat ayrılıb

Prezident İlham Əliyev Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtom

arrow Ətraflı
2 əvvəl törədilən qətlin üstü açıldı like
  • 16 Sen 12:22  
Kriminal 2 əvvəl törədilən qətlin üstü açıldı

Prokurorluq orqanları tərəfindən digər hüquq-mühafizə orqanları ilə ə

arrow Ətraflı
"Boğazından kəsdin, borc elədin..." FOTO like
  • 16 Sen 12:20  
Şou-biznes "Boğazından kəsdin, borc elədin..." FOTO

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu anası ilə fotosunu yayımlayıb.

arrow Ətraflı
DTX əməliyyat keçirdi: like
  • 16 Sen 12:18  
Kriminal DTX əməliyyat keçirdi:

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyy

arrow Ətraflı
Bakı sakinini küçədə daşla vurub öldürdülər like
  • 16 Sen 12:14  
Kriminal Bakı sakinini küçədə daşla vurub öldürdülər

Sentyabrın 13-də Xətai rayonu ərazisində Orxan Yusiflinin baş nahiyəsinə

arrow Ətraflı
Eldar Əzizov 2 icra başçısına xəbərdalıq etdi, like
  • 16 Sen 12:11  
Digərləri Eldar Əzizov 2 icra başçısına xəbərdalıq etdi,

Bakı şəhərində koronavirus pandemiyasi ilə bağlı bir sıra məhdudiyyət

arrow Ətraflı
Qanunsuz balıq ovlayan şəxs cərimələndi like
  • 16 Sen 12:09  
Digərləri Qanunsuz balıq ovlayan şəxs cərimələndi

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keç

arrow Ətraflı
Toyların keçirilməsinə 34 il qadağa qoyula bilər like
  • 16 Sen 12:04  
Digərləri Toyların keçirilməsinə 34 il qadağa qoyula bilər

Karantin rejiminə görə ölkə üzrə toy mərasimlərin keçirilməsinə sent

arrow Ətraflı
Azərbaycan nefti bahalaşıb like
  • 16 Sen 12:03  
Digərləri Azərbaycan nefti bahalaşıb

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

arrow Ətraflı
55 kqa yaxın narkotiklə tutuldu  FOTO like
  • 16 Sen 11:58  
Kriminal 55 kqa yaxın narkotiklə tutuldu FOTO

Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb.

arrow Ətraflı