Gəncədə Bakının azad edilməsinin 102ci ildönümü ilə əlaqədar tədbir keçirilib


Siyasət 15 Sen 2020 20:10:00 62 0

Gəncədə Bakının azad edilməsinin 102ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü ilə əlaqədar Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Gəncə şəhərində təntənəli mərasim keçirilib.

Müdafiə Nazirliyindən Son.az- verilən məlumata görə, tədbirdə Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov, Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyə Respublikasının Gəncə şəhərindəki baş konsulu Zeki Öztürk, şəhər sakinləri və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri ifa olunub.

Mərasimdə çıxış edənlər şəhidlərə ehtiramlarını bildirib və xalqlarımızın sarsılmaz birliyindən iftixarla danışaraq 102 il öncə Azərbaycan və türk əsgərlərinin Bakını işğaldan azad edərək Azərbaycan tarixinə şanlı səhifə yazdığından söhbət açıblar.

Tədbirdə vurğulanıb ki, Azərbaycan müstəqillik qazandıqdan sonra dinamik inkişaf mərhələsi keçərək güclü və qüdrətli dövlətə çevrilib. Azərbaycan-Türkiyə qardaşlığı bu gün də ən yüksək səviyyədədir və bu dostluq, qardaşlıq sarsılmazdır, əbədidir. Biz bu günkü xoşbəxt, firavan həyat üçün həyatlarını Vətən, xalq yolunda qurban verən qəhrəman şəhidlərimizə borcluyuq. Böyük Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır", ulu öndər Heydər Əliyevin isə "Biz bir millət, iki dövlətik" kəlamları bizim dostluğumuzun, qardaşlığımızın mənasını, məzmununu təşkil edir. Bu münasibətlər Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən bu gün də inamla, uğurla davam etdirilir.

Təntənəli mərasim Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin təqdim etdiyi konsert proqramı ilə başa çatıb.

"Serialda baxırsan kasıb, ağlayan qızın dırnaqları nə boyda..." like
  • 15 Sen 20:09  
Şou-biznes "Serialda baxırsan kasıb, ağlayan qızın dırnaqları nə boyda..."

"Bizdə çox istedadlı aktyor, rejissor, senarist var. Ümumilikdə, isted

arrow Ətraflı
Şirvan şəhərində müasir Reabilitasiya Mərkəzi açılıb like
  • 15 Sen 20:04  
Digərləri Şirvan şəhərində müasir Reabilitasiya Mərkəzi açılıb

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şirvan şəhərində

arrow Ətraflı
Azərbaycan və Türkiyə helikopterləri Naxçıvan şəhəri üzərində birgə uçuşlar keçirib like
  • 15 Sen 20:01  
Siyasət Azərbaycan və Türkiyə helikopterləri Naxçıvan şəhəri üzərində birgə uçuşlar keçirib

Sentyabrın 15-də Bakının Qafqaz-İslam Ordusu tərəfindən erməni-bolşevi

arrow Ətraflı
İranın Ali Məhkəməsi müxalif jurnalist barəsində edam qərarını təsdiqlədi like
  • 15 Sen 19:54  
Dünya İranın Ali Məhkəməsi müxalif jurnalist barəsində edam qərarını təsdiqlədi

İranın Ali Məhkəməsi İran dövlətinə müxalif jurnalist barəsində edam

arrow Ətraflı
Nurgül Yeşilçay Mert Fıratla tərəfli müqabili oldu like
  • 15 Sen 19:49  
Digərləri Nurgül Yeşilçay Mert Fıratla tərəfli müqabili oldu

FOX TV-də yayımlanacaq "Kefaret" adlı yeni serialın baş rol ifaç

arrow Ətraflı
"Qızlar seksual görünür, amma üzlərindəki nur itib" like
  • 15 Sen 19:39  
Şou-biznes "Qızlar seksual görünür, amma üzlərindəki nur itib"

"Açılışlara, dəvətlərə getmirəm. Orada şou-biznes nümayəndələ

arrow Ətraflı
İran minimum xəsarətlə bu pandemiyadan çıxa bilib like
  • 15 Sen 19:34  
Dünya İran minimum xəsarətlə bu pandemiyadan çıxa bilib

Pandemiya bütün dünyada iqtisadiyyata zərbə vurub.

arrow Ətraflı
Erməni deputatlar: “Ermənistanda vəziyyət daha da ağırlaşacaq" like
  • 15 Sen 19:29  
Dünya Erməni deputatlar: “Ermənistanda vəziyyət daha da ağırlaşacaq"

"Ermənistan hökumətinin binası qarşısında hər gün etiraz aksiyalar

arrow Ətraflı
XİNdə Azərbaycan  İsveç ikitərəfli əməkdaşlıq münasibətləri müzakirə edilib  FOTO like
  • 15 Sen 19:27  
Siyasət XİNdə Azərbaycan İsveç ikitərəfli əməkdaşlıq münasibətləri müzakirə edilib FOTO

Bu ilin 15 sentyabr tarixində Xarici İşlər naziri Ceyhun Bayramov İsveç Kr

arrow Ətraflı
Şəkidə 3 min əhalinin istifadə etdiyi avtomobil yolunun tikintisi davam etdirilir like
  • 15 Sen 19:24  
Digərləri Şəkidə 3 min əhalinin istifadə etdiyi avtomobil yolunun tikintisi davam etdirilir

3 min nəfərin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən və Qara

arrow Ətraflı
Çin sərhədyanı şəhəri karantinə bağladı like
  • 15 Sen 19:19  
Dünya Çin sərhədyanı şəhəri karantinə bağladı

Çinin cənub-qərbində, Myanma ilə sərhəddə yerləşən Ruili şəhəri ka

arrow Ətraflı
Ceyhun Bayramov Fransanın Azərbaycan səfiri Zakari Qrosla görüşüb like
  • 15 Sen 19:17  
Siyasət Ceyhun Bayramov Fransanın Azərbaycan səfiri Zakari Qrosla görüşüb

Xarici İşlər naziri Ceyhun Bayramov Fransa Respublikasının Azərbaycan Resp

arrow Ətraflı
Bakının bəzi küçə və prospektlərində sıxlıq müşahidə olunur like
  • 15 Sen 19:12  
Digərləri Bakının bəzi küçə və prospektlərində sıxlıq müşahidə olunur

Hazırda axşam pik saatı olduğundan bəzi küçə və prospektlərdə nəqliy

arrow Ətraflı