Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın iclası: Samir Nuriyev sədr seçildi FOTO


Siyasət 15 Sen 2020 19:00:00 65 0

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın iclası: Samir Nuriyev sədr seçildi  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət idarəçiliyində həyata keçirdiyi genişmiqyaslı islahatlara, qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında aparılan dəyişikliklərə uyğun olaraq, 2020-ci ildə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi yenilənib.

Son.az Trend-ə istinadən bildirir ki, sentyabrın 15-də Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni tərkibdə ilk iclası videoformatda keçirilib. İclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Komissiyanın sədri seçilib.

Komissiyanın sədri Samir Nuriyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsində müəyyən etdiyi hədəflərə çatmaq üçün Komissiyanın üzərinə düşən əsas vəzifələri iclas iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, hərtərəfli və innovativ xarakter daşıyır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın inkişaf strategiyasının mühüm tərkib hissəsini korrupsiyaya qarşı qətiyyətli mübarizə təşkil edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, bu sahədə yeni strateji baxışlar və vəzifələr müəyyən edilib, korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni müstəviyə keçib, uğurlu iqtisadi, hüquqi və sosial siyasət nəticəsində Azərbaycanda şəffaf ictimai münasibətlər sistemi formalaşıb. Dövlət idarəçiliyində səmərəliliyin təmin edilməsi, açıq hökumət prinsiplərinin tətbiqi, elektron xidmətlərin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir. Dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqi genişləndirilməli, ictimai şuraların fəaliyyətinin səmərəliliyi təmin edilməlidir. Komissiya sədri vurğulayıb ki, korrupsiyaya qarşı mübarizə sahəsində müasir çağırışlara uyğun səmərəli mexanizmlərin tətbiqi üçün yeni təşəbbüslərin irəli sürülməsi zəruridir. Bu sahədə icra edilən tədbirlər korrupsiyaya şərait yaradan halların səbəblərinin müəyyən edilməsinə və bu kimi mənfi halların qarşısının alınması üçün səmərəli mexanizmlərin yaradılmasına yönəldilməlidir.

İclasda korrupsiyaya qarşı mübarizə sahəsində bu günədək görülən işlər nəzərdən keçirilib və növbəti illərdə bu sahədə reallaşdırılması zəruri olan tədbirlərin vahid strateji çərçivəsini müəyyənləşdirmək, prioritetləri önə çəkmək və bu tədbirlərin ölkədə gerçəkləşdirilən islahatlar kursuna cavab verməsini təmin etmək məqsədilə yeni Milli Fəaliyyət Planının əsas istiqamətləri müzakirə olunub, Milli Fəaliyyət Planının layihəsinin hazırlanması barədə tapşırıqlar verilib.

İclasda yerli icra hakimiyyəti orqanlarında korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərlə bağlı aparılan ibtidai istintaq və əməliyyat-axtarış tədbirləri barədə məruzələr dinlənilib, bu sahədə şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün verilən təkliflər müzakirə edilib.

Bundan əlavə, iclasda Komissiyanın fəaliyyətinin təşkili ilə bağlı bir sıra məsələlər həll edilib, yeni katib təyin olunub, Komissiya yanında 3 işçi qrupun (Qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı İşçi Qrup, Təhsil və maarifləndirmə ilə bağlı İşçi Qrup, Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı İşçi Qrup) formalaşdırılması qərara alınıb.

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edilib, bu əməkdaşlığın əhəmiyyəti nəzərə alınmaqla İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində keçirilən tədbirlərdə, habelə Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyətlərinin tərkibi təsdiq edilib.

İclasda çıxış edən Komissiya üzvləri qanunun aliliyinin və dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması məqsədilə açıqlıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Vətəndaşlara dövlət xidmətlərinin korrupsiya hallarını istisna edən şəraitdə, operativ və resurslara qənaət etməklə göstərilməsi üçün müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə və innovativ həllərin tətbiqinin genişləndirilməsi zərurəti qeyd edilib. İctimai nəzarətin təmin edilməsi məqsədilə mövcud mexanizmlərin tətbiqinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlığın artırılması, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatlarına dəstək verilməsi və ictimai əhəmiyyətli qərarların qəbulunda onların rolunun artırılması məsələsinə baxılıb. Qanunvericiliyin təkmilləşdirilməsi üçün zəruri olan istiqamətlər qeyd edilib, habelə maarifləndirmə tədbirlərinin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Komissiyanın növbəti dövr üçün iş planı təsdiq edilib.

Koronavirusa yoluxan müğənni reanimasiyaya yerləşdirilib like
  • 15 Sen 18:59  
Digərləri Koronavirusa yoluxan müğənni reanimasiyaya yerləşdirilib

Karadeniz musiqisinin tanınan simalarından olan Cimilli İbo koronavirus infek

arrow Ətraflı
Dünyada yalnız bu 11 ölkədə koronavirus yoxdur like
  • 15 Sen 18:57  
Dünya Dünyada yalnız bu 11 ölkədə koronavirus yoxdur

Çində başlayaraq bütün dünyaya yayılan COVİD-19 virusunun hələ d

arrow Ətraflı
Kürdəmirdə 3 kəndi birləşdirən yolun yenidən qurulması yekunlaşmaq üzrədir like
  • 15 Sen 18:54  
Digərləri Kürdəmirdə 3 kəndi birləşdirən yolun yenidən qurulması yekunlaşmaq üzrədir

Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların inkişafı ilə bağl

arrow Ətraflı
İranda koronavirusa yoluxanların sayı artıb like
  • 15 Sen 18:44  
Dünya İranda koronavirusa yoluxanların sayı artıb

İranda ötən sutka ərzində 2 705 nəfər koronavirusa (COVİD-19) yoluxub.

arrow Ətraflı
Texnologiya əsrinin internetsiz qalan sakinləri: “Müraciətə baxan yoxdur” like
  • 15 Sen 18:39  
Digərləri Texnologiya əsrinin internetsiz qalan sakinləri: “Müraciətə baxan yoxdur”

Hazırda paytaxtın əksər kənd və qəsəbələrində, şəhərətrafında ox

arrow Ətraflı
Vergi ödəyicilərinin əvvəlcədən onlayn növbə tutmaqla qəbuluna başlanılır like
  • 15 Sen 18:37  
Digərləri Vergi ödəyicilərinin əvvəlcədən onlayn növbə tutmaqla qəbuluna başlanılır

12 may 2020-ci il tarixdən etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət

arrow Ətraflı
Məşhur sima illər sonra efirdə like
  • 15 Sen 18:34  
Şou-biznes Məşhur sima illər sonra efirdə

Hər zaman orijinallığı ilə seçilən ARB TV yeni mövsümdə də fərqliliy

arrow Ətraflı
Ayrıldıqdan sonra ilk dəfə birlikdə kameraya düşdülər like
  • 15 Sen 18:29  
Digərləri Ayrıldıqdan sonra ilk dəfə birlikdə kameraya düşdülər

Dünyaca məşhur cütlük Bredli Kuper və İrina Şeyk ayrıldıqdan 1 il sonr

arrow Ətraflı
Su polisləri qanunsuz balıq ovu ilə məşğul olanlara qarşı əməliyyat keçirib like
  • 15 Sen 18:19  
Digərləri Su polisləri qanunsuz balıq ovu ilə məşğul olanlara qarşı əməliyyat keçirib

Müvafiq icazələri olmadan qanunsuz olaraq ov edən və balıqçılıqla məş

arrow Ətraflı
Azərbaycan nefti ucuzlaşır like
  • 15 Sen 18:14  
Digərləri Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
"Son 35 ildə işləmədiyim ilk yay oldu" like
  • 15 Sen 18:06  
Digərləri "Son 35 ildə işləmədiyim ilk yay oldu"

Rusiyanın Xalq artisti Filipp Kirkorov dincəlmək üçün Türkiyəyə yollan

arrow Ətraflı
2021ci ilin büdcə layihələri Nazirlər Kabinetinə təqdim olunub like
  • 15 Sen 18:02  
Digərləri 2021ci ilin büdcə layihələri Nazirlər Kabinetinə təqdim olunub

Gələn ilin büdcə layihələri Nazirlər Kabinetinə təqdim olunub.

arrow Ətraflı
Hacıqabulda maşın aşdı, like
  • 15 Sen 18:00  
Digərləri Hacıqabulda maşın aşdı,

Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndindən keçən his

arrow Ətraflı
Nazirlik küçədə gecələyən 16 yaşlı oğlanla bağlı araşdırma aparıb like
  • 15 Sen 17:58  
Digərləri Nazirlik küçədə gecələyən 16 yaşlı oğlanla bağlı araşdırma aparıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə 16 ya

arrow Ətraflı
Sahil Babayev yeni yaradılmış kiçik müəssisələrə baxış keçirib like
  • 15 Sen 17:57  
Digərləri Sahil Babayev yeni yaradılmış kiçik müəssisələrə baxış keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Şirvan şəhər İ

arrow Ətraflı