"Türk ittifaqı dünyaya, regiona, bölgəyə çox böyük töhfə verən güc mərkəzi olacaq"


Siyasət 15 Sen 2020 14:08:00 46 0

"Türk ittifaqı dünyaya, regiona, bölgəyə çox böyük töhfə verən güc mərkəzi olacaq"

Ümumiyyətlə, Türk ittifaqı ideyası həm Azərbaycanda, həm də Türkiyədə cəmiyyətlərin bir-birinə bağlılığı fonunda mövcud olub. Türk ittifaqını biz daha böyük formatda, çərçivədə təsəvvür edirik. Hətta biz bu ittifaqın təkcə Türkiyə və Azərbaycandan ibarət olmaması barədə düşünürük və çağırışlar edirik.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında "Resurs" Analitik İnformasiya Mərkəzinin rəhbəri, siyasi ekspert Rasim Quliyev deyib.

Siyasi ekspertin sözlərinə görə, bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) adlı bir qurum mövcuddur və Azərbaycan da həmin bu quruma sədrlik edir: "TDƏŞ həm Azərbaycan dövlətinin milli maraqları baxımından çox böyük önəmə malikdir, həm də perspektivinə inandığımız bir formatdır. TDƏŞ adından da göründüyü kimi əməkdaşlıq üçün bir formatdır. Hazırda bu Şurada Azərbaycan, Türkiyə, Orta Asiya dövlətləri təmsil olunur, müşahidəçi qismində isə Macarıstan iştirak edir. Bu qurumun yaranması ətrafında ilk ideya 2006-cı ildən səsləndirilsə də amma 2009-cu ildə Naxçıvanda Türkiyə, Azərbaycan və Qazaxıstanın iştirakı ilə "Naxçıvan" sazişi imzalanıb və orada bu Şuranın yaradılması elan edilib. Hazırda həmin Şurada 8 dövlət müşahidəçi qismində və Şuranın üzvü kimi təmsil olunur. Maraqlı məqam odur ki, biz o Şurada Avropa dövləti və qeyri müsəlman bir dövlət olan Macarıstanı görürük. Bunun özü də TDƏŞ-nin perspektivindən və əməkdaşlığın yeni formatından xəbər verir. Bu gün əməkdaşlığı, tərəfdaşlığı bütün dövlətlər edə bilər. Türk ittifaqı isə müttəfiqlik demək deyil. Müttəfiq olub bir ittifaqda birləşmək konkret öhdəliklər verir. Bir çox dövlətlər bəzi məsələlərdə tərəfdaşlıq və əməkdaşlıq edə bilər. Məsələn, biz Rusiya ilə bir çox məsələlərdə (siyasi, iqtisadi, hümanitar, miqrasiya və s.) əməkdaşıq və tərəfdaşıq. Ancaq biz bu dövlətlə bir ittifaqda deyilik və strateji müttəfiq deyilik. Çünki bir çox məsələlərdə bizim milli maraqlarımız Rusiyanın istəklərinə cavab vermir. Bu məsələlərdə Azərbaycan öz milli dövlət maraqlarından çıxış edərək müstəqil siyasət yürüdür.

Qeyd edim ki, bu gün texnoloji inkişaf prosesləri daha da sürətləndirir. Bu baxımdan növbəti 10 ildən sonra yəni, 2030-2040-cı illərdə Türk Şurası daha çevik əməkdaşlıq şurası olacaq və Rusiya o zaman həmin Şuraya müraciət edəcək. Düşünürük ki, Türk ittifaqı isə 2030-2040-cı illərdə dünyada sabitliyə töhfə verə biləcək bir güc mərkəzi olacaq. Məsələn, bu gün Avropa dövlətlərinin ittifaqı bir yerə yığışıblar ancaq onlar xristian klubu, islamafobiya psixologiyasından irəli gedə bilmirlər və bilmədilər də. Konkret olaraq bəzi dövlətlərə və Türkiyəyə olan münasibətdə göründü ki, Avropa ittifaqı islamafobiya psixologiyasından qurtula bilmədi və xristian klubu olaraq qaldı. Ona görə də bu gün Avropa ittifaqı tənəzzülə uğrayır. Bizim regionda Rusiyanın yaratdığı ikinci bir ittifaq isə Avrasiya ittifaqıdır. Hətta mən buna bufet ittifaqı deyərdim. Bu mənada həmin ittifaqın da uzun müddət yaşaması mümkün deyil. Çünki yarandığı gündən heç bir perspektiv vəd etmir. O baxımdan düşünürəm ki, Türk ittifaqı deyilən bir ittifaq dünyaya, regiona, bölgəyə çox böyük töhfə verən güc mərkəzi olacaq. Onu da qeyd edim ki, Azərbaycanın iştirakı olmadan nə TDƏŞ, nə də Türk ittifaqı mümkünsüzdür. Azərbaycanın geosiyasi mövqeyi, dünyadakı nüfuzu, apardığı siyasət onu deməyə əsas verir ki, Azərbaycansız bu ittifaqların heç biri mümkün deyil. Bu gün heç də təsadüfi deyil ki, bütün bu ideyaların hamısının mərkəzində Azərbaycan dayanır. Onu da qeyd edim ki, bu gün artıq dünyada Türkiyə ilə Azərbaycanın bir çox məsələlərdə baxışlarımız, milli maraqlarımız, milli mənafeyimiz üst-üstə düşür. Həmçinin Pakistanla Azərbaycanın və Türkiyənin də bir çox məsələlərdə milli maraqları üst-üstə düşür. Pakistan dövləti dəfələrlə Azərbaycanı açıq şəkildə müdafiə edib və mövqe sərgiləyib. Hətta Qazaxıstan da bu ittifaqda maraqlı ola bilər. Hesab edirəm ki, bütün bunlar sonrakı proseslərin gedişatında mümkün olacaq.

Türkiyə-Azərbaycan media platformasının yaranmasına gəlincə isə deyə bilərəm ki, bu gün hər iki dövlət dünyada müəyyən məqsədli dairələr tərəfindən haqsız olaraq əks təbliğatın, antitəbliğatın və yaxud da təbliğat, mətbuat terrorunun zərərini çəkir. Əlbəttə ki, bu baxımdan biz Türkiyənin, Azərbaycanın bir platformada birləşməsini alqışlayırıq və yüksək dəyərləndiririk. Yəni cəmiyyət, sosium olaraq bu əlaqələr, düşüncələr, psixologiyalar çox yaxındır. Ona görə də həm təbliğat, əks təbliğat baxımından, həm də cəmiyyətimizin inkişafı və yaxınlaşması baxımından sözügedən platforma böyük önəmə malikdir. Düşünürəm ki, bu media platforması da gələcək Türk ittifaqının elementlərindən biridir".

Koronavirus laboratoriyada hazırlanıb, like
  • 15 Sen 14:05  
Dünya Koronavirus laboratoriyada hazırlanıb,

Virusoloq Covid-19-un insan tərəfindən laboratoriyada hazırlandığını idd

arrow Ətraflı
Necə “Virtual məktəb”in bir parçası olmaq olar? like
  • 15 Sen 14:02  
Digərləri Necə “Virtual məktəb”in bir parçası olmaq olar?

"Virtual məktəb"də şagirdlərin və müəllimlərin qeydiyyatı ye

arrow Ətraflı
Livanda məşhur memarın müəllifi olduğu ticarət mərkəzi yanıb  VİDEO like
  • 15 Sen 13:57  
Dünya Livanda məşhur memarın müəllifi olduğu ticarət mərkəzi yanıb VİDEO

Livanın paytaxtı Beyrutun mərkəzi hissəsində güclü yanğın olub.

arrow Ətraflı
"Cəbhədə erməni təxribatlarının miqyası artacaq" like
  • 15 Sen 13:56  
Siyasət "Cəbhədə erməni təxribatlarının miqyası artacaq"

Təxribatların sayı artacaq. Çox güman ki, miqyası da artacaq.

arrow Ətraflı
Arvadının aktyorla münasibətini rahat qarşılayır və qısqanclıq hissi keçirmir  FOTO like
  • 15 Sen 13:51  
Digərləri Arvadının aktyorla münasibətini rahat qarşılayır və qısqanclıq hissi keçirmir FOTO

Avqust ayının sonunda Hollivud ulduzu Bred Pittin yeni sevgilisinin olduğu or

arrow Ətraflı
Təhsil naziri: "Mövcud şəraitdə tədrisin uğurlu davamı qaydalara riayət etməkdən asılı olacaq" like
  • 15 Sen 13:46  
Digərləri Təhsil naziri: "Mövcud şəraitdə tədrisin uğurlu davamı qaydalara riayət etməkdən asılı olacaq"

Mövcud pandemiya şəraitində tədrisin bərpası və uğurlu davamı, təhsil

arrow Ətraflı
Prezident İlham Əliyev Ərdoğana zəng edib like
  • 15 Sen 13:42  
Siyasət Prezident İlham Əliyev Ərdoğana zəng edib

Sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk

arrow Ətraflı
Ərdəbildə koronavirusa yoluxanların sayı artıb like
  • 15 Sen 13:40  
Dünya Ərdəbildə koronavirusa yoluxanların sayı artıb

Ərdəbil əyalətində koronavirusa yoluxanların sayında artım var.

arrow Ətraflı
Oğlan ona xəyanət edən nişanlısını Bakı bulvarında belə cəzalandırdı...  VİDEO (+18) like
  • 15 Sen 13:36  
Digərləri Oğlan ona xəyanət edən nişanlısını Bakı bulvarında belə cəzalandırdı... VİDEO (+18)

Bakıda xəyanət edən qızı nişanlısı dəniz kənarında videoya çəkib.

arrow Ətraflı
Ermənistanda 150 yeni yoluxma like
  • 15 Sen 13:35  
Dünya Ermənistanda 150 yeni yoluxma

Ermənistanda son sutka ərzində 150 nəfər yeni növ koronavirus (COVID-19) i

arrow Ətraflı
Deputat: "Pandemiya dövründə Azərbaycanda infrastruktur layihələri davam etdirildi"  VİDEO like
  • 15 Sen 13:33  
Digərləri Deputat: "Pandemiya dövründə Azərbaycanda infrastruktur layihələri davam etdirildi" VİDEO

Pandemiya dövründə Azərbaycanda infrastrukturun inkişafı ilə bağlı proq

arrow Ətraflı
DİN Balakəndə polislə sakinlər arasında baş verən insidentlə bağlı məlumat yaydı like
  • 15 Sen 13:31  
Kriminal DİN Balakəndə polislə sakinlər arasında baş verən insidentlə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Balakəndə baş verən hadisə ilə bağlı m

arrow Ətraflı
Hindistanda koronavirusdan ölənlərin sayı 80 mini keçib like
  • 15 Sen 13:29  
Dünya Hindistanda koronavirusdan ölənlərin sayı 80 mini keçib

Hindistanda yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayı 80 mini keçi

arrow Ətraflı