Çavuşoğludan Bakının işğaldan azad olunması ilə bağlı paylaşım


Siyasət 15 Sen 2020 12:32:00 147 0

Çavuşoğludan Bakının işğaldan azad olunması ilə bağlı paylaşım

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu öz Tvitter hesabında Bakının işğaldan azad olunmasının 102 illiyi ilə bağlı paylaşım edib.

Son.az qafqazinfo-ya istinadən bildirir ki, XİN rəhbəri paylaşımda həmin dövrə aid tarixi kadrları və bu yaxınlarda Türkiyə-Azərbaycan birgə hərbi təlimindən görüntüləri əks etdirən video yerləşdirərək yazıb:

"Nuri Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsinin 102-ci ildönümündə müqəddəs şəhidlərimizi mərhəmətlə anıram. Eyni ruh və inancla bu gün Azərbaycanla çiyin-çiyinə bir ürəyik. Odlar yurduna salamlar!"