Azərbaycan XİN Mnatsakanyana cavab verdi


Siyasət 15 Sen 2020 12:29:00 62 0

Azərbaycan XİN Mnatsakanyana cavab verdi

Ermənistan Xarici İşlər naziri Z.Mnatsakanyanın Misir Ərəb Respublikasına səfəri çərçivəsində səsləndirdiyi fikirlər, yüz minlərlə müsəlman azərbaycanlını qanlı etnik təmizləməyə məruz qoyaraq evlərindən didərgin salan, Xocalıda bir gecədə 613 mülki şəxsi yalnız azərbaycanlı və müsəlman olduqları üçün qəddarlıqla qətlə yetirən, Azərbaycanın işğal olunmuş ərazilərində müsəlman irsini məhv edərək, məscidləri talan edən bir ölkənin rəsmisinin riyakarlığının bariz nümunəsidir.

Son.az bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin açıqlamasında deyilir.

Açıqlamada deyilir: "Dövlət siyasətinin ideoloji əsasını terrorçuluq təşkil edən Ermənistan 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində Azərbaycana qarşı terror əməliyyatlarından geniş istifadə edib. Azərbaycan ərazisində sərnişin avtobusları, qatarları və Bakı metrosunun partlayışı ilə müşahidə olunan 30-dan çox terror aktı nəticəsində 2000-dən çox mülki şəxs həlak olub.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonunun ilhaqında terror vasitələrindən geniş istifadə edən Ermənistanın, hərbi əməliyyatlara xarici ölkələrdən, xüsusilə Yaxın Şərq bölgəsindən olan terrorçu muzdluları cəlb etməsi məlum bir faktdır. Sonradan bu terrorçuları dövlət səviyyəsində qəhrəmanlaşdıran Ermənistanın əsl siması elə ASALA terror təşkilatının rəhbərlərindən olan və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalında birbaşa iştirak edən qatı terrorçu Monte Melkonian kimilərinin nümunəsində özünü göstərir.

1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədib. Qardaş Türkiyənin 24 diplomatı erməni terrorçuluğunun qurbanı olub.

Bütün bu sadalananlar fonunda təcavüzkar Ermənistanın Xarici İşlər nazirinin müsəlman ölkələri ilə dostluq və sıx əməkdaşlıqdan bəhs etməsi, regional və qlobal təhlükəsizlikdən danışması cəfəngiyatdan başqa bir şey deyildir.

Təcavüzkar Ermənistanın saxta və cəfəng iddialarını və bəyanatlarını qətiyyətlə rədd edir, bu ölkənin BMT TŞ-nin 1993-cü il tarixli qətnamələri, eləcə də İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qəbul etdiyi çoxsaylı qətnamələrə əməl etməsini tələb edirik".

Gömrük Komitəsi iddialara cavab verdi like
  • 15 Sen 12:28  
Digərləri Gömrük Komitəsi iddialara cavab verdi

Ötən gün bəzi kütləvi informasiya vasitələrində Aksizli Mallar üzrə B

arrow Ətraflı
Bu şəxslər üçün bank xidmətləri pulsuz olacaq like
  • 15 Sen 12:25  
Digərləri Bu şəxslər üçün bank xidmətləri pulsuz olacaq

Azərbaycan Respublikası Prezidentinin ölkədə aztəminatlı əhalinin sosial

arrow Ətraflı
İndoneziya polisi karantin qaydalarına əməl olunması üçün kriminal qruplaşmaları cəlb edəcək like
  • 15 Sen 12:23  
Dünya İndoneziya polisi karantin qaydalarına əməl olunması üçün kriminal qruplaşmaları cəlb edəcək

İndoneziyanın hüquq-mühafizə orqanları koronavirusun yayılması ilə müb

arrow Ətraflı
"Azərbaycanİran sərhəd çayları üzərində 5 körpü salınır" like
  • 15 Sen 12:18  
Siyasət "Azərbaycanİran sərhəd çayları üzərində 5 körpü salınır"

"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi regional və dünya ü

arrow Ətraflı
"Sahibkarların I beynəlxalq onlayn forumu" ölkə iqtisadiyyatına nə vəd edir? like
  • 15 Sen 12:12  
Digərləri "Sahibkarların I beynəlxalq onlayn forumu" ölkə iqtisadiyyatına nə vəd edir?

Bildiyiniz kimi, 22-23 sentyabr tarixlərində ilk dəfə Sahibkarların I beyn

arrow Ətraflı
"Türkiyə ilə Azərbaycan hər zaman qardaşdır" like
  • 15 Sen 11:56  
Siyasət "Türkiyə ilə Azərbaycan hər zaman qardaşdır"

Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu t

arrow Ətraflı
Nümunəvi dönərxanalar yaradılacaq  FOTO like
  • 15 Sen 11:50  
Digərləri Nümunəvi dönərxanalar yaradılacaq FOTO

Dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması

arrow Ətraflı
Parlamentin komitə iclası keçiriləcək like
  • 15 Sen 11:45  
Siyasət Parlamentin komitə iclası keçiriləcək

Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin

arrow Ətraflı
"Çok güzel haraketler bunlar"ın Zeynəbi tanınmaz dərəcədə dəyişib  FOTO like
  • 15 Sen 11:34  
Digərləri "Çok güzel haraketler bunlar"ın Zeynəbi tanınmaz dərəcədə dəyişib FOTO

"Çok güzel haraketler bunlar" verilişi ilə şöhrət qazanan aktr

arrow Ətraflı
Heydər Əliyev Fondunun dəstəyi ilə 62 təhsil müəssisəsi istifadəyə verilir  FOTO like
  • 15 Sen 11:29  
Digərləri Heydər Əliyev Fondunun dəstəyi ilə 62 təhsil müəssisəsi istifadəyə verilir FOTO

2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun dəstəyi ilə respublikan

arrow Ətraflı
"Kimsə əvəzimizə Dağlıq Qarabağa qeyriqanuni köçün qarşısını ala bilməyəcək" like
  • 15 Sen 11:28  
Siyasət "Kimsə əvəzimizə Dağlıq Qarabağa qeyriqanuni köçün qarşısını ala bilməyəcək"

"Beynəlxalq təşkilatlar, böyük dövlətlər bu prosesə səssiz qalırlar"

arrow Ətraflı
Azərbaycan alkoqollu içkilərin ixracını kəskin azaldıb like
  • 15 Sen 11:23  
Digərləri Azərbaycan alkoqollu içkilərin ixracını kəskin azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 8 370,85 min ABŞ dolları dəy

arrow Ətraflı