"Türkiyə misilsiz qətiyyətlə Azərbaycana dəstək göstərməklə tarixi ənənənin davam etdirildiyini sübut etdi"


Siyasət 15 Sen 2020 12:01:00 47 0

"Türkiyə misilsiz qətiyyətlə Azərbaycana dəstək göstərməklə tarixi ənənənin davam etdirildiyini sübut etdi"

1918-ci ilin 15 sentyabrı Azərbaycan-Türkiyə qardaşlığı tarixində elə böyük və məzmunlu simvoldur ki, hər iki xalq bu ana qədər misilsiz fədakarlıq nümunələri göstərdi və həmin andan sonra bütün dünyanın taleyinə mütərəqqi təsirlər göstərən saysız birgə addımlar atdılar.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, həmin gün Qafqaz İslam ordusu və Azərbaycan ordusunun birləşmələrinin Bakıya daxil olması müstəqil demokratik Azərbaycan dövlətçiliyinin bərqərar edilməsi yolunda həlledici rol oynadı: "Məhz bu hadisədən iki gün sonra müstəqil Azərbaycan hökumətinin Gəncədən Bakıya köçməsi və Bakının paytaxt elan olunması iki qardaş xalqın birlik tarixində yeni və əbədi bir yolun başlandığını ortaya qoydu, eyni zamanda qardaş Türkiyə ordusunun 102 il əvvəlki tarixi yürüşü payraxtımız Bakı və onun tükənməz sərvətləri ilə bağlı erməni-daşnak planlarının iflasa uğradılması ilə nəticələndi. İki il əvvəl - 2018-ci ildə prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın bu tarixi hadisənin 100 illik ildönümünü Bakıda möhtəşəm hərbi paradla qeyd etməsi birgə tariximizin ən şanlı səhifəsinə verilən real və dolğun qiymət idi. Həmin gün məşhur türk şahinlərinin Azərbaycan səmasında uçuşları sadəcə göz oxşayan əyləncə deyil, bütün dünyanın, dost və düşmənlərin diqqətlə izlədiyi böyük geosiyasi fakt idi".

Baş redaktor bildirib ki, birləşmiş hərbi parad 100 il əvvəl olduğu kimi bu gün də Bakının erməni təcavüzü qarşısında tək və gücsüz olmadığını qətiyyətlə nümayiş etdirdi. Bu gün qardaş Türkiyə və Azərbaycanın hər il azı on dəfə müxtəlif hərbi təlimlər keçirməsi və başqa məzmunlarda əməkdaşlıqlar etməsi sübut edir ki, 1918-ci ildə qəhrəman Türk ordusunun açdığı yol möhtəşəm formalarda genişlənir, davam edir və möhkəmlənir. 12 iyulda Ermənistan Tovuzda təxribat törədərkən qardaş ölkənin hərbi siyasi rəhbərliyi misilsiz qətiyyətlə Azərbaycana dəstək göstərdi və 1918-ci il hadisəsindən başlayan tarixi ənənənin inamla davam etdirildiyini sübut etdi. Bu gün hər iki ölkənin liderlərinin səyləri ilə münasibətlər elə bir nöqtəyə gəlib ki, Türkiyə rəhbəri olmayan yerdə Türkiyənin, Azərbaycan lideri olmayan yerdə isə Azərbaycanın sözü yenilməz qətiyyətlə deyilir. Prezident İlham Əliyevin bu günlərdə yunan səfirinə "biz qardaş Türkiyənin Şərqi Aralıq dənizində qanuni mənafelərini birmənalı tanıyır və müdafiə edirik " deməsinin Türkiyə-Azərbaycan qardaşlığının düşmənlərinə sərrast zərbə olduğuna heç kim şübhə etmir.Tarixdə bir dənə də olsa nümunə göstərmək olmaz ki, İllər öncə Prezident İlham Əliyevin Praqada "qardaşım Ərdoğan burda yoxdur, ancaq mən varam " deyərək Ermənistanın prezidentinin sifətinə şillə effektinə malik sözlər deməsinə oxşar addım atmış olsun.1918-ci ildə Nuru paşanın timsalında yaradılan tarixi qəhrəmanlıq nümunəsi 74-75 il sonra "bir xalq, iki dövlətik" kimi böyük geosiyasi fəlsəfəni ortaya qoyan Heydər Əliyevin şəxsində davam etdirildi. Qardaşlığın böyük yolunu indi dövlət başçıları İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan uğurla davam etdirir".

Siyasi ekspert qeyd edib ki, Avrasiyanın geosiyasi xəritəsini dəyişmiş Bakı-Ceyhan, Bakı-Tiflis-Qars, TAP, TANAP və s. kimi layihələrin gerçəklik haqqı qazanmasında 1918-ci ilin 15 sentyabr tarixinin möhtəşəm payı var: "İki qardaş ölkə bu gün qarşılıqlı investisiyaların həcminə və artım templərinə görə dünyada analoqu olmayan nümunələr yaradırlar".

"Türkiyə ilə Azərbaycan hər zaman qardaşdır" like
  • 15 Sen 11:56  
Siyasət "Türkiyə ilə Azərbaycan hər zaman qardaşdır"

Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu t

arrow Ətraflı
Nümunəvi dönərxanalar yaradılacaq  FOTO like
  • 15 Sen 11:50  
Digərləri Nümunəvi dönərxanalar yaradılacaq FOTO

Dönər biznesi ilə məşğul olan qida obyektlərinin sağlamlaşdırılması

arrow Ətraflı
Parlamentin komitə iclası keçiriləcək like
  • 15 Sen 11:45  
Siyasət Parlamentin komitə iclası keçiriləcək

Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin

arrow Ətraflı
"Çok güzel haraketler bunlar"ın Zeynəbi tanınmaz dərəcədə dəyişib  FOTO like
  • 15 Sen 11:34  
Digərləri "Çok güzel haraketler bunlar"ın Zeynəbi tanınmaz dərəcədə dəyişib FOTO

"Çok güzel haraketler bunlar" verilişi ilə şöhrət qazanan aktr

arrow Ətraflı
Heydər Əliyev Fondunun dəstəyi ilə 62 təhsil müəssisəsi istifadəyə verilir  FOTO like
  • 15 Sen 11:29  
Digərləri Heydər Əliyev Fondunun dəstəyi ilə 62 təhsil müəssisəsi istifadəyə verilir FOTO

2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun dəstəyi ilə respublikan

arrow Ətraflı
"Kimsə əvəzimizə Dağlıq Qarabağa qeyriqanuni köçün qarşısını ala bilməyəcək" like
  • 15 Sen 11:28  
Siyasət "Kimsə əvəzimizə Dağlıq Qarabağa qeyriqanuni köçün qarşısını ala bilməyəcək"

"Beynəlxalq təşkilatlar, böyük dövlətlər bu prosesə səssiz qalırlar"

arrow Ətraflı
Azərbaycan alkoqollu içkilərin ixracını kəskin azaldıb like
  • 15 Sen 11:23  
Digərləri Azərbaycan alkoqollu içkilərin ixracını kəskin azaldıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 8 370,85 min ABŞ dolları dəy

arrow Ətraflı
Bələdiyyə sədri barəsində cinayət işi başlandı like
  • 15 Sen 11:17  
Kriminal Bələdiyyə sədri barəsində cinayət işi başlandı

Ölkəmizdə həyata keçirilən islahatlara kölgə salan vəzifəli şəxslər

arrow Ətraflı
"Beynəlxalq hüquqmüdafiə təşkilatlarının Azərbaycana ikili standartla yanaşması faktdır" like
  • 15 Sen 11:06  
Siyasət "Beynəlxalq hüquqmüdafiə təşkilatlarının Azərbaycana ikili standartla yanaşması faktdır"

Bəzi beynəlxalq təşkilatların digər ölkələrə, o cümlədən ilk növb

arrow Ətraflı
"Dağlıq Qarabağda ekoloji terror regionun ətraf mühitinə ciddi təhlükə yaradır" like
  • 15 Sen 11:01  
Siyasət "Dağlıq Qarabağda ekoloji terror regionun ətraf mühitinə ciddi təhlükə yaradır"

Təcavüzkar Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində və tra

arrow Ətraflı
Manatın məzənnəsi like
  • 15 Sen 10:50  
Digərləri Manatın məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələri

arrow Ətraflı