Parlamentin komitə iclası keçiriləcək


Siyasət 15 Sen 2020 11:45:00 150 0

Parlamentin komitə iclası keçiriləcək

Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2020-ci ilin payız sessiyasında ilk iclası keçiriləcək.

Milli Məclisdən Son.az-a verilən məlumata görə, İclasda komitənin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlərə dair hesabat dinləniləcək, payız sessiyası üçün qanunvericilik işləri planının layihəsi müzakirə ediləcək.

Komitənin toplantısında cari məsələlər barədə fikir mübadiləsinin aparılması nəzərdə tutulub.